XIX əsr fransız rəssamı Jül-Ejen Lenepvönün varisləri Parisin məşhur "Palais Garnier" opera teatrının tavanındakı orijinal freskanın bərpa edilərək yenidən açılması üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar.
Kulis.az xəbər verir ki, 1964-cü ildə Mark Şaqalın çəkdiyi 220 kvadratmetrlik monumental rəngarəng kompozisiya Lenepvönün 1872-ci ilə aid tarixi tavan rəsminin üzərinə quraşdırılıb.
Varislərin vəkili bəyan edib ki, 1923-cü ildən tarixi abidə kimi qorunan Lenepvönün əsəri artıq 60 ildir ki, gizli qalıb və 2027-ci ildə başlayacaq təmir zamanı Şaqalın tavanı sökülərək orijinal əsər nümayiş etdirilməlidir.
