Tom Kruz və İnyarritunun "Digger" filmi kino tarixinin ən böyük maliyyə iflaslarından birinə çevrilir

Tom Kruz və İnyarritunun "Digger" filmi  kino tarixinin ən böyük maliyyə iflaslarından birinə çevrilir
15 oktyabr 2026
# 17:30

Dünyaşöhrətli rejissor Alexandro Qonsales İnyarritunun Tom Kruzun baş rolda çəkildiyi qara komediya və ekoloji satira janrlı "Digger" filmi prokatda ağır uğursuzluğa düçar olub.

Kulis.az xəbər verir ki, Tom Kruzun qoca, kök və eqoist neft maqnatı obrazına girmək üçün ağır qrim altında tanınmaz hala düşdüyü filmə istehsal və marketinq daxil olmaqla təxminən 270 milyon dollar xərclənib.

Lakin ekran işi iki həftə ərzində dünyada cəmi 35,3 milyon dollar toplaya bilib ki, bu da "Warner Bros." studiyası üçün 245 milyon dollara yaxın zərər deməkdir.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər