"Harri Potter"in müəllifi haqqında sənədli film çəkiləcək

"Harri Potter"in müəllifi haqqında sənədli film çəkiləcək
15 oktyabr 2026
# 13:30

"BBC" britaniyalı yazar C.K. Roulinqin yaradıcılıq yolunu və gender məsələlərinə dair qalmaqallı mövqeyini araşdıran iki hissəli sənədli film sifariş edib.

Kulis.az xəbər verir ki, "Harri Potter" seriyasının müəllifi olan yazarın şəxsən iştirak etmədiyi layihə gələn il işıq yüzü görəcək.

Sənədli filmin birinci hissəsi Roulinqin uşaqlıq illərinə və milyonlarla gənci birləşdirən "Harri Potter" kainatının yaranmasına həsr olunacaq.

İkinci hissədə isə sosial medianın yüksəlişi, Şotlandiyanın müstəqilliyi, feminizm və trans icması ilə bağlı səsləndirdiyi fikirlərin yaratdığı "mədəniyyət müharibələri" təhlil ediləcək.

Ekran işi "HBO" tərəfindən çəkilən yeni "Harri Potter" serialı ətrafında qalmaqalların kəskinləşdiyi dövrə təsadüf edir.

Qeyd edək ki, yazarın icraçı prodüser olduğu serialda Albus Dambldor rolunu canlandıracaq Con Litqou bu yaxınlarda Roulinqə yönələn etirazlar səbəbindən layihədən ayrılmağı düşündüyünü, lakin sonradan qərarını dəyişdiyini demişdi.

# 98 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

Tanınmış rejissorlardan Fransa hökumətinə etiraz - Təfərrüatlar

14:30 15 oktyabr 2026
İrlandiyalı yazıçının kitab satışları dayandırıldı - Səbəb

İrlandiyalı yazıçının kitab satışları dayandırıldı - Səbəb

14:00 15 oktyabr 2026
İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verildi

İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verildi

12:49 15 oktyabr 2026
Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

Dünyanın ən qədim batmış gəmisi aşkar edildi

12:30 15 oktyabr 2026
Səlim Babullaoğlu İrpen Ədəbiyyat mükafatına  layiq görüldü

Səlim Babullaoğlu İrpen Ədəbiyyat mükafatına layiq görüldü

12:10 15 oktyabr 2026
7 min illik insan skeleti tapıldı

7 min illik insan skeleti tapıldı

12:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər