"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar

"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar
14 oktyabr 2026
# 16:00

Bu gün yəhudi əsilli ABŞ filosofu, siyasi nəzəriyyəçi və tarixçi Hanna Arendtin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Acı həqiqət budur ki, ən böyük şər heç vaxt yaxşı, yoxsa pis olmağa qərar verməyən insanlar tərəfindən törədilir.

***

Hekayə nəql etmək mənanı tərifləmə xətasına yol vermədən onu üzə çıxarır.

***

Ən radikal inqilabçı belə inqilabın səhəri günü mühafizəkara çevrilir.

***

Daim dəyişən və dərkedilməz bir dünyada kütlələr artıq elə bir həddə çatmışdı ki, eyni anda həm hər şeyə, həm də heç nəyə inanır, hər şeyin mümkün olduğunu və eyni zamanda heç bir həqiqətin mövcud olmadığını düşünürdülər. Kütləvi təbliğat aşkar etdi ki, dinləyici kütləsi nə qədər cəfəng olsa belə, hər an ən pis ehtimala inanmağa hazırdır; aldadılmağa da xüsusi etiraz etmirdilər, çünki onsuz da hər deyiləni yalan hesab edirdilər.

***

Eyhmanla bağlı əsas problem məhz onun kimi insanların həddindən artıq çox olması idi; üstəlik, bu çoxluq nə pozğun, nə də sadist idi — onlar dəhşətli və qorxuducu dərəcədə normal idilər və hələ də belədirlər. Hüquq təsisatlarımızın və mənəvi mühakimə meyarlarımızın baxımından bu normallıq törədilən bütün vəhşiliklərin cəmindən qat-qat daha dəhşətli idi.

***

Təhlükəli düşüncələr deyə bir şey yoxdur; düşünmək prosesinin özü təhlükəlidir.

***

Özgə bir ölkədə olanda həyatı sevmək asandır. Heç kimin səni tanımadığı və öz həyatını təkbaşına idarə etdiyin bir mühitdə, insan başqa hər zamankından daha çox özünün ağası olur.

***

Bağışlamaq fəaliyyətin və azadlığın açarıdır.

***

Bağışlamaq tarixin geridönməz axarını dəyişdirməyin yeganə yoludur.

***

Zülm və istibdad şəraitində hərəkət etmək düşünməkdən qat-qat asandır.

***

Sevgi öz mahiyyəti etibarilə bu dünyadan kənardır, onun nadir tapılmasından daha çox məhz bu səbəbdən dolayı o, təkcə qeyri-siyasi deyil, həm də siyasətə zidd bir hadisədir - bəlkə də bütün siyasətə qarşı qüvvələrin ən güclüsüdür.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 106 dəfə oxunub

Oxşar xəbərlər

Bir fincan çay - Katrin Mansfildin hekayəsi

Bir fincan çay - Katrin Mansfildin hekayəsi

15:00 14 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

"Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları

17:00 12 oktyabr 2026
Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

Konsert - İtaliyanın Nobel mükafatçısından hekayə

16:00 12 oktyabr 2026
"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin  "Kaşeyin taleyi" povestindən

"Xalx qız verib quda qazanır, biz də qada qazandıq..." - Elçinin "Kaşeyin taleyi" povestindən

12:30 11 oktyabr 2026
"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

10:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər