Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
9 noyabr 2026
# 16:51

Amerikalı reper Tupak Şakurun qətli ilə bağlı məhkəmə prosesində Dueyn Devisin müdafiəçisi olmuş vəkil Maykl Sanft vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “Las Vegas Review-Journal” nəşri məlumat yayıb.

55 yaşlı vəkilin cəsədi cümə günü səhər saatlarında Las-Veqasdakı evində aşkarlanıb.

Ölümün səbəbi və şəraiti hələlik məlum deyil.

Polis onun bədənində zorakılıq əlamətlərinin olmadığını bildirib.

Sanft dostları və həmkarları arasında tanınmış hüquqşünas olub.

Məhkəmə marşalı Maykl Sloan onun ölümündən kədərləndiyini bildirib.

“O, mənim ən yaxın dostlarımdan biri və tanıdığım ən yaxşı insanlardan idi” deyə, Sloan qeyd edib.

Sanft bu ilin avqustunda Şakurun qətlinin təşkilində təqsirli bilinən Dueyn Devisin müdafiəsini həyata keçirib.

Vəkil məhkəmə prosesində müdafiə etdiyi şəxsin ifadələrini açıq şəkildə şübhə altına alıb və istintaqın işini tənqid edib.

O, eyni zamanda prokurorlarla dostluq münasibətlərini qoruyub saxlaması ilə də seçilib.

# 233 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər