Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
9 noyabr 2026
# 17:08

2017–2019-cu illərdə Donald Trampın Ağ Ev üzrə mətbuat katibi işləmiş və hazırda Arkanzas qubernatoru olan Sara Hakabi Sanders yeni kitabının təqdimatı zamanı gözlənilməz hadisə ilə üzləşib.

Kulis.az xəbər verir ki, siyasi xadimin "UNAPOLOGETIC" adlı kitabını tanıtmaq üçün sosial şəbəkədə paylaşdığı afişa fotosu kütləvi rişxəndə səbəb olub.

Sanders dini inancından və gələcəyə baxışından bəhs edən kitabın fotosunu "İnancım məni sadəcə təyin etmir, məni təcəssüm etdirir" sözləri ilə paylaşıb. Lakin izləyicilər kitabın üzərindəki gülünc orfoqrafik xətaları dərhal hiss ediblər.

Üz qabığında "Clarity" sözü "Clerity" kimi yazılıb, "Crazy" sözündəki "z" hərfi isə tərs çevrilmiş "3" rəqəmi ilə əvəzlənib.

Sosyal şəbəkə istifadəçiləri qubernatorun keyfiyyətsiz süni intellekt vizualından istifadə etməsini və nəşr etməzdən öncə sadə bir yoxlama belə aparmamasını kəskin tənqid ediblər.

Qeyd olunub ki, "Amazon" platformasında kitabın üz qabığı tamamilə qüsursuz variantda yer alıb, bu isə sosial şəbəkə paylaşımının süni intellekt vasitəsilə hazırlandığını sübut edir.

# 196 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər