Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək

Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək
17 fevral 2026
# 15:00

Gəncə Dövlət Milli Dram Teatrı aprelin 11-dən 26-dək keçiriləcək “5-ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb.

Kulis.az xəbər verir ki, İtaliya, Fransa, Rumıniya, Şri-Lanka, Moldova, İordaniya, Gürcüstan, Honkonq, Türkiyə kimi teatrların yer aldığı festivala Gəncə teatrı Ə.Haqverdiyevin “Pəri cadu” tamaşası ilə qatılacaq.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Mirzə Mehdidir. Rollarda Əməkdar artistlər Kəmalə Məmmədova, Sevda Orucova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Murad Meyfəliyev, Emil Salmanov, Elmir Məmmədov iştirak edirlər.

Qeyd edək ki, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov festivalın “Beynəlxalq əlaqələr” şöbəsində təmsil olunur və yuxarıda adıçəkilən xarici ölkə teatrlarının hər biri onun dəvəti ilə festivalda iştirak edəcəklər.

# 1367 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər