“Dünyanı uşaqlara verək!” adlı bədii-maarifləndirmə aksiyası baş tutdu

“Dünyanı uşaqlara verək!”  adlı bədii-maarifləndirmə aksiyası baş tutdu
31 oktyabr 2025
# 17:13

Oktyabrın 31-də Azərbaycan Dövlət Kukla Teatrında “Uşaq hüquqları aylığı” çərçivəsində “Dünyanı uşaqlara verək!” adlı bədii-maarifləndirmə aksiyası baş tutub.

Kulis.az xəbər verir ki, Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində hər il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən tədbirdə uşaq hüquqları, dövlətimizin uşaqlarla bağlı siyasəti, yetişən nəsillərin rifahı üçün görülən işlərə qısa nəzər salındı.

Bildirildi ki, Azərbaycanda “Uşaq hüquqları aylığı”nın keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətini uşaq problemlərinə cəlb etmək, onların həllində bütün qurumların səfərbər olunmasına nail olmaq, uşaq hüquqlarına dair görülən işlərə dair məlumatları ictimaiyyətin nəzərinə çatdırmaq və bu proseslərdə uşaqların iştirakını təmin etməkdir.

Uşaq hüquqlarının həyata keçirilməsi mexanizminin yaxşılaşdırılması, onların daha effektiv müdafiəsinin təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması məqsədini daşıyan tədbirdə tamaşaçılar qarşısında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva təmsilçisi olduğu qurumun uşaqlarla bağlı fəaliyyəıt istiqamətləri haqqında danışdı. Bildirdi ki, sağlam gələcək üçün uşaqlarımızın sağlam mühitdə yaşaması, təhsil alması və inkişafı üçün dövlətimiz üzərinə düşən vəzifələri layiqincə icra edir.

Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ hüquqi baza və institusional struktur formalaşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli də öz çıxışında uşaq hüquqlarının təminatı məsələsini önə çəkdi. Bildirdi ki, uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.

O, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən, hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən danışıldı, balacalara hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları izah etdi, ra təhlükə hiss etdikləıri bütün məqamlarda rahatlıqla polisə müraciə edə biləcəklərini dedi.

Əlilliyi olan şəxslərə sosial dəstək ictimai birliyinin sədri Təranə Musayeva Azərbaycanda əlilliyi olan şəxslərin ictimai həyatın müxtəlif sferalarına inteqrasiyasını dəstəkləmək, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan stereotiplərin məlumatlandırma sayəsində aradan qaldırılmasına töhfə vermək məqsədilə dövlətin və dövlət dəstəyi ilə ictimai təşkilatların fəaliyyətindən bəhs etdi.

Çıxışların ardınca uşaqlar “Düyməcik” tamaşasına baxdılar. Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl, insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edən tamaşa maraqla qarşılandı.

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

12:50 29 aprel 2026
"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

10:18 29 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər