"Burdan min atlı keçdi..." tamaşasının premyerası oldu

"Burdan min atlı keçdi..."  tamaşasının premyerası oldu
9 may 2025
# 17:54

Sumqayıt Dövlət Dram Teatrında yazıçı-dramaturq Hidayət Orucovun "Burdan min atlı keçdi" əsərinin motivləri əsasında "İrəvanda nəyim qaldı..." tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə, təşkilat rəhbərləri və teatrsevərlər iştirak edib.

Premyeradan öncə tamaşanın məsləhətçisi Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəsi Ramiz İsmayılov çıxış edərək bildirdi ki, bu qəbildən olan tamaşaların hazırlanması zəruridir, tariximizin, mücadilə səhifəmizin gənclərə öyrədilməsi baxımından maarifçilik missiyası daşıyır.

O vurğuladı ki, görkəmli dövlət xadimi Heydər Əliyevin həmin dövrlərdə milli təəssübkeşliyi, imperiya daxilində Azərbaycan üçün göstərdiyi fədakarlıq gənc nəslə çatdırılmalıdır. Ulu öndərin anadan olmasının 102-ci il dönümünü Sumqayıt teatrının belə dolğun əsərlə qarşılaması alqışa layiqdir.

Daha sonra tamaşa nümayiş olundu.

Qeyd edək ki, "İrəvanda nəyim qaldı..." tamaşası yaxın tariximizin gerçək tarixi faktlarını, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatları, erməni ideoloqlarının ərazi iddialarını və Ulu öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxmasını özündə ehtiva edir.

Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Mustafa Mustafayevdir.

# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər