Akademik Musiqili Teatrın balet artistləri mükafatlandırıldı

Akademik Musiqili Teatrın balet artistləri mükafatlandırıldı
26 sentyabr 2025
# 18:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ər və arvad” musiqili komediyası oynanılıb.

Kulis.az xəbər verir ki, tamaşanın sonunda Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini İlham Namiq Kamal teatrın balet artistləri Roman Krasnov və Anna Cabbarovanı teatr sahəsindəki 20 illik səmərəli fəaliyyətləri münasibətilə təbrik edib. Sənətkar ittifaq və teatr rəhbərliyi tərəfindən verilən fəxri fərmanları onlara təqdim edib.

Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet artistləri də iştirak ediblər.

1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Yeni quruluşda ilk tamaşa 16 oktyabr 2010-cu ildə oynanılıb.

Akademik Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan bu tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Vaqif Məstanovdur.

# 2032 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər