Kim çıxır ağaclara, həyətimiz necədi? – İşğal Şeiri

Kim çıxır ağaclara, həyətimiz necədi? – İşğal Şeiri
23 iyul 2018
# 11:03

Bu gün Ağdamın işğal günüdür. Kulis.az bu münasibətlə ağdamlı şairə Mina Rəşidin “Mənim Qiyaslı kəndim” şeirini təqdim edir.

Mənim Qiyaslı kəndim,

De, evimiz necədi?

Kim çıxır ağaclara

Həyətimiz necədi?

Xallı, qara, ağ gilas...

Ağacların dururmu?

Söyüdlərin qoynunda

Quşlar yuva qururmu?

Həyətlərin xalısı

Bənövşəli, nanəli.

Neçə rəngdən naxışlı

Zəncirotu, laləli.

Uzanıb məxmər gülü

Pəncərədən baxırmı?

Bağçamızın içindən

Sular şır-şır axırmı?

Qoynu gülüstan kəndim,

Sənin qoxun başqadı.

Sənin göyün, buludun,

Varın-yoxun başqadı.

Güllə dəydi köksünə

Ağaclar yaralandı.

Yerdə uşaqlar uçdu,

Göydə quşlar dayandı...

Görüşdük hospitalda

Oğlu çox yaralıydı.

Qonşumuz Gözəl xala

Görən indi hardadı?

Badam xalanın qızı

Xocalıya köçmüşdü.

Şəhid oldu dünyası

Dərdi dillərə düşdü.

Biz də çöllərə düşüb

Yollar yorğunu olduq.

Əvvəl çadır, vaqonda,

Sonra yataqxanada

Üzünə həsrət qaldıq.

...Gün gələcək bitəcək

Bu həsrət, bu qüssə-qəm.

Darıxma, gözəl kəndim,

Hələ ölməmişəm mən!

Image result for mina rəşid

# 1913 dəfə oxunub

Oxşar xəbərlər

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

"Qadın dar ağacına çıxmağa icazə alır..." - Gilyotinlə edam edilən ilk feminist yazıçı

15:00 3 noyabr 2025
Yaşlandıqca zaman niyə sürətlə keçir?  - Araşdırma

Yaşlandıqca zaman niyə sürətlə keçir? - Araşdırma

18:02 27 oktyabr 2025
"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

"Başıma 6 milyon pul qoymuşdular... " - Ermənilər niyə Firidun Şuşinskini küçədə daşa basırdılar?

10:00 25 oktyabr 2025
Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri  - Həcər Atakişiyeva

Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, abidələri, toponimləri - Həcər Atakişiyeva

14:15 24 oktyabr 2025
Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun  adını çəkməyə qorxurdular?

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun adını çəkməyə qorxurdular?

13:30 21 oktyabr 2025
Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər