Xalq artistinin bığını qoparan Xalq artisti – XATİRƏ

Xalq artistinin bığını qoparan Xalq artisti – <span style="color:red;">XATİRƏ
28 fevral 2018
# 21:00

Bu gün tanınmış teatr və kino aktyoru, Xalq artisti Mustafa Mərdanovun doğum gündür. Kulis.az bu münasibətlə İlham Rəhimlinin qələmə aldığı “Bığ” əhvalatını təqdim edir.

Akademik Milli Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırdı. Fasilədə aktyorlar səhnə arxasındakı bufetə qalxıb çay içirlər. Xalq artisti, Bədəl rolunun ifaçısı Mustafa Mərdanov taxma bığ ona mane olduğuna görə yapışqandan qoparıb qoyur yanına. İkinci pərdə başlayır. Onun iştirak etdiyi epizodun vaxtı yaxınlaşanda qalxıb bufetdən çıxır. Gedəndə bığı götürməyi unudur.

Xalq artisti Ağahüseyn Cavadov da onunla bir süfrə arxasında əyləşmişdi. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq aktyor həmkarına heç bir söz demir. Ürəyindən keçir ki, səhnəyə bığsız çıxdığına görə rəhbərlik onu danlasın.

Image result for mustafa mərdanov

İkinci pərdədə belə erizod var: Bədəl, usta Əliş, usta Səməd və başqaları bir yerdə müstəntiq Fərhad Kamalovun yanına gəlirlər. Onlar səhnəyə çıxaçıxda Ağahüseyn Cavadov ləzzətlə və gülə-gülə deyir:

- Mustafa, bığın qaldı bufetdə. İndi səhnəyə belə çıxacaqsan? Lojada tamaşanın gedişini izləyən Mehdi müəllim səni bığsız görüb alnına yağlı bir töhmət yarışdıracaq.

Image result for ağahüseyn cavadov

Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun bağını “qoparıb” tez yarışdırır özünün bığ yerinə.

– Qoy töhmət sənə qismət olsun, – deyib, cəld addımlarla səhnəyə daxil olur.

Ağahüseyn Cavadov çaşbaş qalır. Əvvəlki epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub heç səhnəyə də çıxmır.

Səhərisi teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişatında səhnə etikasını pozduğuna görə Xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır.

# 2774 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər