Kulis.az publisist İradə Əliyevanın “Haqsızlığa ölümü ilə üsyan etdi” yazısını təqdim edir.
Deyirlәr, tarix zaman-zaman tәkrarlanır… XII әsrdә yaşamış, Şәrqin әn böyük filosoflarından olan Şihabәddin Yәhya Sührәvәrdinin (1154-1191) elminә görә hakimlәr tәrәfindәn tәqdir olunduğu, amal vә qayәsinә görә isә öldürüldüyü barәdә hәqiqәti tarix öz sәhifәlәrindә indiyәdәk qoruyub saxlayır. Qәribәdir ki, buna bәnzәr taleyi XX әsrdә bizim daha bir soydaşımız yaşamalı olub.
1950-ci ildә azәrbaycanlı alim-filosof Heydәr Hüseynov o dövrün әn yüksәk mükafatlarından olan Stalin mükafatına layiq görülüb. Elә hәmin ildә dә sözügedәn mükafatdan mәhrum edilib. Tamam-kamal, unikal bir әsәr yaradan müәllifi bәdxahların gözü götürmәyib. Onu mәhv etmәk üçün dövrün repressiya silahından istifadә ediblәr. Sovet quruluşunun tәzadları, gәrginliklәri, Stalin rejiminin «qanun»ları, әslindә, pambıqla baş kәsib. Böyük alimi güllәlәmәyiblәr. Onu elә vәziyyәtә gәtiriblәr ki, cavan ömrünә özü qәsd edib…
Heydәr Hüseynov sovet dövründә yaşayıb-yaratmış görkәmli Azәrbaycan filosofudur. Fәlsәfә elmlәri doktoru, professor, Azәrbaycan SSR Elmlәr Akademiyasının hәqiqi üzvü olan alim hәm dә bacarıqlı tәşkilatçı, fәal ictimai xadim kimi tanınırdı. İki dәfә – 1948 vә 1950-ci illәrdә Stalin mükafatına layiq görülmüşdü.
Əslәn qәdim Azәrbaycan torpağı olan İrәvandan idi. Bu şәhәrdә 1908-ci il aprelin 3-dә tacir Hacı Nәcәf Kәrbәlayı Hüseyn oğlunun ailәsindә dün yaya göz açmışdı. Son beşik körpәnin sevincini ya şayan ailәyә qәfildәn bәd bәxt lik üz verir. Belә ki, Heydәr dünyaya gәlәndәn az sonra atası vәfat edir, altı uşaq anası Mәşәdi Gülsüm xanımın üstündә yetim qalır. Dövr, zәmanә sonralar da bu ailәni çox sınağa çәkir. 1918- ci ildә Heydәrin böyük qardaşı Yusif ermәni dәstәlәri tәrәfindәn öldürülür. Ailә әvvәlcә Batuma, sonra Stavropola köçür. nәhayәt, anası Mәşәdi Gülsüm xanım övladları ilә Bakıya gәlib çıxa bilir. Bu vaxt Heydәrin artıq 12 yaşı vardı.
Bakıya köçәndәn sonra o, 18 nömrәli orta mәktәbdә oxumağa başlayır. Tәrcümeyi-halı ilә tanış olduqca qısa bir ömür çәrçivәsindә bu qәdәr vәzifәyә, elmi rütbәyә, yüksәk adlara, mükafatlara necә çatdığına az qala tәәccüb edirsәn. Belә ki, 1927- 1931-ci illәrdә Heydәr Hüseynov o zaman Leninin adını daşıyan Pedaqoji Universitetin tәlәbәsi olur. Hәm pedaqoji, hәm dә şәrqşünaslıq fakültәlәrindә tәhsil alır.
1924-cü ildәn әmәk fәaliyyәtinә başlayır, Pedaqoji Texnikumun kitabxanasında işlәyir. 1931-ci ildә Azәrbaycan Dövlәt Pedaqoji İnstitutu İctimai elmlәr fakültәsinin qiyabi şöbәsini bitirir. Ali tәhsilini başa çatdırdıqdan sonra isә Azәrbaycan Dövlәt Elmi-Tәdqiqat İnstitutunun aspiranturasına daxil olur. 1936-cı ildә Azәrbaycan Xalq Komissarları Soveti yanında tәşkil olunmuş Azәrbaycan Sovet Ensiklopediyası Komitәsindә, daha sonra SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı Ensiklopediya vә Lüğәtlәr İnstitutunda işlәrkәn elmi tәdqiqatları vә tәşkilatçılıq qabiliyyәti ilә hәr kәsin diqqәtini cәlb edir. 1939-1940-cı illәrdә onun rәhbәrliyi altında bir neçә lüğәt hazırlanır. Bunlar «Rusca-azәrbaycanca lüğәt», «Rusca-azәrbaycanca mәktәb lüğәti», «Azәrbaycanca-rusca izahlı lüğәt» idi.
1939-cu ildә «M.F.Axundzadәnin fәlsәfi görüşlәri» әsәrini Tbilisi Universitetinin elmi şurasında müdafiә edir vә fәlsәfә elmlәri namizәdi alimlik dәrәcәsi alır. 1944-cü ildә doktorluq dissertasiyası müdafiә edir. Elә hәmin ildә dә professor elmi adını alır. Heydәr Hüseynov bu illәrdә vәzifә pillәlәri ilә dә ardıcıl surәtdә irәlilәyirdi. 1939-1945-ci illәrdә SSRİ Elmlәr Akademiyası Azәrbaycan filialının sәdrinin müavini, 1945-1950-ci illәrdә Azәrbaycan SSR Elmlәr Akademiyasının vitse-prezidenti olmuşdu. 1943-1945-ci illәrdә Azәrbaycan Dövlәt Universitetinin әvvәl Marksizm-leninizmin әsasları, sonra Fәlsәfә kafedra larına rәhbәrlik etmişdi. 1945-1950-ci illәrdә Azәrbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vәzi fәsindә çalışmışdı. Elmi fәaliyyәtinә qısaca nәzәr yetirsәk görәrik ki, Heydәr Hüseynov tarix vә fәlsәfә elminin inkişafına böyük töhfәlәr verib. O, Azәrbaycan tәrcümә mәktәbinin әsasını qoyub, ilk azәrbaycanca-rusca vә rusca-azәrbaycanca lüğәtlәri redaktә edib. Elmi mәqalәlәrinin sayı 100-dәn çoxdur. Bir çox alim, şair vә mütәfәkkirlәr haqqında ciddi tәdqiqat işlәri, araşdırmalar aparıb.
Elmi müzakirәlәrdәki çıxışları da sübut edir ki, Heydәr Hüseynov hәm Qәrb, hәm Şәrq fәlsәfәsi sahәsindә fenomenal biliyә malik şәxs idi. H.Hüseynov Azәrbaycan dilinin dәrin bilicisi idi. Bununla yanaşı, o, rus dilini dә mükәmmәl sәviyyәdә mәnimsәmişdi. Ərәb vә fars dillәrindә mütaliә edir vә sәrbәst yazırdı. Geniş elmi fәaliyyәt göstәrәn bu alim Elmlәr Akademiyasında işlәmәklә yanaşı, Marks-Engels-Lenin İnstitutunun (sonralar Partiya Tarixi İnstitutu adlanırdı) direktoru vә Bakı Dövlәt Universitetinin (o zaman ADU) Fәlsәfә kafedrasının müdiri vәzifәlәrindә çalışırdı. O, digәr yüksәk sәviyyәli mütәxәssislәrә başçılıq edәrәk dörd cilddәn ibarәt «Rusca-azәrbaycanca lüğәt»i yaratmışdı. Bu unikal işә görә lüğәtçilәrlә birlikdә Stalin mükafatına layiq görülmüşdü. H.Hüseynov Azәrbaycanda marksizm-leninizm fәlsәfәsinin görkәmli tәdqiqatçısı vә tәbliğatçılarından biri olmuşdur.
Onun «Dialektik materializm», «Dialektika vә metafizika», «Marksist dialektik metod» vә başqa әsәrlәri o zaman Azәrbaycan dilindә yazılmış әn qiymәtli әsәrlәrdәn sayılırdı. Geniş elmi ictimai fәaliyyәti, tәşәbbüskarlığı ilә ictimaiyyәtin rәğbәtini qazanan H.Hüseynov Kommunist Partiyasına hәmişә sәdaqәtli olmuşdu. Azәrbaycan KP Bakı komitәsinin büro üzvü olan alim Azәrbaycan SSR ikinci çağırış Ali Sovetinin deputatı seçilmişdi. O, Yazıçılar İttifaqının üzvü idi.
1943-cü ildә çıxan «Azәrbaycan әdәbiyyatı tarixi»nin müqәddimәsindә Heydәr Hüseynov әdәbiyyatmızın әn gözәl xüsusiyyәtlәrini saymaqla yanaşı, özünün dә bu әdәbiyyata mәftun olmasının sәbәblәrini göstәrmişdir. Azәrbaycan әdәbiyyatının nailiyyәtlәri fәlsәfә alimini daha çox sevindirirdi. Onun C.Cabbarlının, S.Vurğunun vә başqa yazıçıların yaradıcılığı haqqında yazdığı mәqalәlәr bunu aydın sübut edir. S.Vurğun yaradıcılığı ilә maraqlanan, onun dram әsәrlәrini yüksәk qiymәtlәndirәn H.Hüseynov xalq şairi haqqında 1942-ci ildә «Vәtәnpәrvәr şair Sәmәd Vurğun» adlı kitab çap etdirmişdi. O, Vurğunun dramlarını dәrindәn tәhlil etmiş, bu әsәrlәrdәki böyük ideyanı – xalqa mәhәbbәt ideyasını açıb göstәrmişdir.
1945-ci ildә nәşr olunan «Ədәbi qeydlәr» kitabçası Heydәr Hüseynovu hәm dә bir әdәbiyyatşünas vә tәnqidçi kimi yaxşı xarakterizә edirdi. Taleyininmi, yoxsa yaşadığı dövrün әsәn sәrt yellәrinin hökmününmü nәticәsi idi ki, Heydәr Hüseynovun ömrü kimi, yaradıcılıq illәri dә uzun olmadı. Cәmi iki onillikdәn bir az çox dövrdә elmi fәaliyyәtlә mәşğul ola bildi. Bu dövrdә o, yalnız dialektik materializmә aid әsәrlәr yazmaqla kifayәtlәnmәdi, Azәrbaycanda fәlsәfi vә ictimai fikir tarixini tәdqiq etdi. Əsәrlәrindә Nizaminin ictimai görüşlәri, Füzulinin, Bәhmәnyarın fәlsәfәsi öz tәhlilini tapdı.
Mәsәlәn, 1941-ci ildә Nizaminin «İqbalnamә»sinә yazdığı müqәddimәdә müәllif böyük şairin humanizminin hansı tarixi-fәlsәfi köklәrdәn qaynaqlandığını, tәrbiyәvi әhәmiyyәtini göstәrmişdir. O yazırdı: «Nizami yalnız ümumi mәnada abstrakt olaraq götürülmüş azad bir cәmiyyәt tәsvir etmir. O, hәr şeydәn әvvәl, azad insan cәmiyyәti prinsiplәrini şәxsi mülahizәsinә görә açır. Əmәkdә bәrabәrlik, әldә edilәn mәhsulun bölünmәsi, sağlamlıq qaydaları vә s. bu kimi prinsiplәri irәli sürәn Nizami azadlıq vә sәadәti insanların öz әllәri ilә yaradacaqlarına inanmışdır». Heydәr Hüseynovun tәdqiq edilmәsi, onun kimliyinin gәnc nәslә çatdırılması yalnız Stalin rejiminin lәğvindәn, vaxtilә haqsız-sübutsuz repressiyaya mәruz qalanlar bәraәt qazandıqdan sonra mümkün olub. Bu istiqamәtdә ilk addım alimin ölümündәn 15 il sonra atılıb. Belә ki, «Azәrbaycanın elm vә mәdәniyyәt xadimlәri» seriyasından «Heydәr Hüseynov – biblioqrafiya» adlı kiçik bir kitab nәşr olunub.
H.Z.Mahmudov soyadlı şәxsin tәrtib etdiyi bu kitabçada alimin yaxın dostu, akademik Mәmmәd Arif Dadaşzadәnin onun haqqında verdiyi mәlumat o qәdәr geniş olmasa da, hәr halda oxucuda, insanlarda düzgün vә aydın tәsәvvür yaradır. Kitabda Heydәr Hüseynovun şәxsiyyәtini, xarakterini sәciyyәlәndirәn xüsusiyyәtlәri göstәrәn maraqlı epizodlar var. M.A.Dadaşzadә yazır: «Çap olunan şey qalacaqdır» sözlәrini tәkrar edәn H.Hüseynov nәşriyyat işinә xüsusi әhәmiyyәt verirdi. İstәr Elmlәr Akademiyasında vә istәrsә dә Partiya Tarixi İnstitutunda kabinetә girәn adamı o, tәzәcә çapdan çıxmış kitablarla sevindirmәyә çalışırdı. Qәhvәyi cildli kitabı әlinә götürüb iftixarla deyirdi: «Görürsünüzmü? Leninin bu cildi dә çıxdı. Tәrcümә işindә respublikalar içәrisindә biz qabaqda gedirik… Bax, bu da Üzeyir Hacıbәyovun «Azәrbaycan musiqisinin әsasları» әsәridir. Xalq musiqisi haqqında misilsiz bir kitabdır.
«Əliağa Şıxlinskinin xatirәlәrini» oxumusunuzmu?..» H.Hüseynov meydana çıxan hәr bir yeni elmi әsәrә ürәkdәn sevinirdi. Nizami poemalarının elmi-tәnqidi mәtnlәrinin, onun haqqında yazılan tәdqiqat әsәrlәrinin, Azәrbaycan әdәbiyyatı tarixinә aid kitabların, Üzeyir Hacıbәyovun «Koroğlu» ope ra sının, Sәmәd Vurğunun «Vaqif» dramının meydana çıxmasını H.Hüseynov xalqın mәnәvi hәyatında böyük bir bayram kimi qarşılayırdı. Görkәmli alim ixtisasca filosof idi.
M.F.Axundzadәnin fәlsәfi görüşlәrinә aid namizәdlik dissertasiyası böyük mütәfәkkirin fәlsәfәsi haqqında sovet dövründә yazılmış ilk vә böyük әhәmiyyәt kәsb edәn әsәr idi. Cavan alim Mirzә Fәtәlinin materialist görüşlәrinin formalaşmasına tәsir edәn amillәri, onun fәlsәfi fikirlәrinin mahiyyәtini açmışdır». Heydәr Hüseynovun hәyatını әks etdirәn sözügedәn kitabdan sonra onun adı tez-tez çәkilmәyә başlayır. Xalqımızın elm, әdәbiyyat, incәsәnәt vә s. sahәlәrdә böyük işlәr görmüş övladlarını yüksәk qiymәtlәndirәn ulu öndәr Heydәr Əliyev akademik Heydәr Hüseynovun da xatirәsinә ehtiramla yanaşmışdır.
1998-ci ildә görkәmli alimin 90 illiyi ümummilli liderin imzaladığı sәrәncama әsasәn tәntәnәli surәtdә qeyd olunmuşdur. Elә hәmin il Heydәr Hüseynovun hәyatı haqqında vaxtilә tәlәbәsi olmuş Sabir Əsәdovun genişhәcmli kitabı çapdan çıxmışdır. Bu kitabda böyük alimin çoxlarına yaxşı mәlum olmayan hәyat vә yaradıcılığı barәdә geniş mәlumat verilmiş, ömrünün ayrı-ayrı mәqamları işıqlandırılmışdır. Müasirlәrinin öz xatirәlәrindә qeyd etdiklәrinә görә, o zaman Azәrbaycanın rәhbәri olan Mircәfәr Bağırov әvvәllәr Heydәr Hüseynova xeyirxah münasibәt bәslәyirmiş. O, vәzifә pillәsi ilә yüksәldikcә qarşısında maneәlәrin olmaması da bu münasibәtdәn qaynaqlanırmış. 1945-ci ildә respublikada Elmlәr Akademiyası yaradılanda onun ilk akademiklәri sırasında 37 yaşlı bu alimin dә olmasına, hәtta akademiyanın vitse-prezidenti vәzifәsinә irәli çәkilmәsinә etiraz etmәmiş, әksinә, razılığını bildirmişdi.
Deyilәnlәrә görә, o zaman tәntәnәli iclasların birindә Heydәr Hüseynovun etdiyi mәruzә M.Bağırovun xüsusilә xoşuna gәlmiş, «Bu, Mәrkәzi Komitәnin tәbliğat üzrә katibinin yerinә hazırdır!» – demişdi. Heydәr Hüseynova qarşı qibtә, qısqanclıq, düşmәnçilik kampaniyası da mәhz bu hadisәdәn sonra başlanmışdı. Onu Bağırovun gözündәn sal ma - ğa cәhdlәr etmişlәr. Bir neçә il sonra Heydәr Hüseynov «XIX әsr Azәrbaycan ictimai vә fәlsәfi fikir tarixindәn» adlı kitabını yazır. Bu kitab ona hәyatı bahasına başa gәlir. Əsәr ilk dәfә 1949-cu ildә, ikinci dәfә 1958-ci ildә müәyyәn ixtisarlarla çap edilmişdir. Azәrbaycan dilindә isә ilk dәfә 2006-cı ildә nәşr olunmuşdur. Kitabın redaktoru akademik Aleksandr Makovelski (1884-1969) «Redaktorun ön sözü» adlı yazısında bu әsәri «XIX әsrdә Azәrbaycan fәlsәfәsinin inkişafının sistemli şәrhinin ilk tәcrübәsi» kimi dәyәrlәndirmiş vә öz münasibәtini bildirmişdir. «Azәrbaycanda XIX әsr ictimai vә fәlsәfi fikir tarixindәn» böyük hәcmli, 733 sәhifәlik fundamental bir әsәrdir.
Bu, hәqiqәtәn dә, müәllifin gәrgin axtarışlarının bәhrәsi kimi meydana gәlmişdi. Belә ki, burada XIX әsrdә xalqımızın görkәmli elm vә mәdәniyyәt xadimlәrindәn Abbasqulu ağa Bakıxanov, Mirzә Şәfi Vazeh, Mirzә Kazımbәy, Mirzә Fәtәli Axundzadә vә Hәsәn bәy Zәrdabinin ictimai fәaliyyәti, dünyagörüşü, yaradıcılığı, irsi haqqında geniş bәhs olunur. Bununla belә, әsәrdә XIX әsrdәn әvvәlki dövrlәrә dә yer verilir. Müәllif Azәrbaycan xalqının hәlә qәdim zamanlardan bәşәriyyәtә elm vә mәdәniyyәt dühaları bәxş etdiyini vurğulayır. Bu insanların yaratdığı әsәrlәrin dünya elminә vә mәdәniyyәtinә bir töhfә olduğunu söylәyir.
O zaman әsәr tәkcә Azәrbaycanın deyil, bütün SSRİ alimlәrinin diqqәtini cәlb etmişdi. Mәsәlәn, şәrqşünas-alim, akademik İ.Kraçkovski yazırdı: «Mәn sizin bu әsәrinizlә daha çox maraqlanıram, mәnim bu marağım yalnız әsәrinizin әsas mövzusuna görә deyil, hәm dә ona görәdir ki, burada bizim XIX әsrdә şәrqşünaslıq tariximizin bir çox mәsәlәlәri qeyd edilmişdir». «XIX әsr Azәrbaycan ictimai vә fәlsәfi fikir tarixindәn» monoqrafiyası nәşr olunduqdan sonra müәllif әnәnәyә görә vә ürәyinin istәyi ilә kitabını dostlarına bağışlayır. Bir nüsxә dә o vaxt SSRİ Yazıçılar İttifaqının sәdri olan Aleksandr Fadeyevә hәdiyyә edilir.
Xatırladaq ki, kitab SSRİ-dә hamının başa düşmәsi mәqsәdilә rus dilindә yazılmışdı. Fadeyev bu әsәri çox bәyәnir vә onu Stalin mükafatına tәqdim edir. Mükafat öz sahibini tapır. Bu hadisә Bağırova başqa rakursdan tәqdim olunur. Guya Hüseynovun artıq gözü ayağının altını görmür, özündәn çox razıdır vә Bağırovu zәrrә qәdәr dә saymadan onun başı üstündәn kitabını mükafata tәqdim etdirib. Əlbәttә, mәqsәd aydın idi vә bәdxahların bәd niyyәti bu zaman, çox tәәssüf ki, baş tutur. «Etibarlı» mütәxәssislәrdәn ibarәt qrup yaradılır. Onlara tapşırılır ki, necә olursa-olsun kitabda ideoloji «sәhvlәr» tapılsın. Kitabın siyasi baxımdan ziyanlı olduğu sübut edilsin. Bәs әsl hәqiqәt necә idi? «Etibarlı» mütәxәssislәr hansı doğrunu yalan kimi qәlәmә verәcәkdilәr?
Azәrbaycan Yazıçılar Birliyinin üzvü, vaxtilә Heydәr Hüseynovla birlikdә işlәmiş vә dostluq etmiş İmran Seyidov bu mәsәlәyә belә aydınlıq gәtirir: «H.Hüseynovun monoqrafiyasının fәsillәrindәn biri böyük şәrqşünas, Peterburq İmperator Universitetinin professoru, bir çox xarici elmi cәmiyyәtlәrin fәxri üzvü Mirzә Kazımbәyә hәsr olunmuşdu. Bu fәsildә çoxlu tәzә vә az mәlum olan material var idi. Dәrin vә hәrtәrәfli alim olan M.Kazımbәy öz әsәrlәrindәn birini Şamilә vә müridizmә hәsr edәrәk onları müsbәt baxımdan sәciyyәlәndirmişdi. H.Hüseynov monoqrafiyada M.Kazımbәyin bu әsәrinә rәğbәtlә yanaşmış vә onun tәhlilinә iki sәhifәyәdәk yer vermişdi.
Mәhz bu mәqam H.Hüseynovun taleyini hәll etmişdi. Mirzә Kazımbәy Şamili çar mütlәqiyyәtinә qarşı dağlıların azadlıq mübarizәsinin qәhrәmanı vә başçısı kimi qiymәtlәndirmişdi. Hәmin dövrün bütün tarix nәşrlәrinin vә hәtta orta mәktәb dәrsliklәrinin sәhifәlәrindә Şamil mәhz bu cür tәqdim olunmuşdu. Lakin bu, әlbәttә, «regional hökmdar» Bağırovu dayandıra bilmәzdi. O, «tarixçilәr» vә «filosoflar» sırasından «xidmәt göstәrәn» yoldaşlarının kömәyi ilә bәdnam elmi mәqalә yazdırıb dәrc etdirәrәk tarixi faktlara vә sanballı elmi dәlil-sübutlara mәhәl qoymadan Şamili guya Sultan Türkiyәsinin tәhriki ilә Rusiyaya vә rus xalqına qarşı mübarizә aparmış «Türkiyә casusu» elan etdi.
Tәbii ki, belә bir «xoşagәlmәz» şәxsi «dağlıların azadlıq mübarizәsinin qәhrәmanı» elan etmiş şәxs mükafatlandırılmalı deyil, ciddi surәtdә pislәnmәli vә cәzalandırılmalı idi». Mәlum olduğu kimi, 1950-ci il iyunun 14-dә keçirilmiş «Azәrbaycan ziyalılarının növbәti vәzifәlәri haqqında» müşavirә, әslindә, akademik Heydәr Hüseynovun mәsәlәsinә hәsr olunmuşdu. Bu müşavirәdә MK-nın birinci katibinin 8 qәzet sәhifәsini tutan mәruzәsinin yarıdan çoxu onun kitabından bәhs edirdi.
Daha doğrusu, mәruzәnin ikinci bölmәsi «Tarix mәsәlәlәrinin işıqlandırılmasında ciddi sәhvlәr haqqında» adlanırdı. Mәruzәçi birbaşa mәtlәbә keçәrәk akademikin kitabını misal gәtirәrәk respublikada fәlsәfә sahәsindә vәziyyәtin heç dә yaxşı olmadığını göstәrdiyini deyir: «H.Hüseynovun kitabı marksizm nöqteyi-nәzәrindәn zәrәrlidir. Burada Azәrbaycanda ictimai fikir tarixinin işıqlandırılmasında kobud siyasi vә nәzәri sәhvlәrә yol verilmişdir. Hüseynov Azәrbaycanın ayrı-ayrı mütәfәkkir lә rinin bu vә ya digәr idealist, mürtәce fikirlәrini öz kitabında verәrkәn bunları marksizm-leninizm nöqteyi-nәzәrindәn tәhlil etmir, onları tәnqid etmir, hәmin fikrә şәrik olur vә onları tәbliğ edir».
Son mәqsәdi Heydәr Hüseynovu sıradan çıxarmaq (әvvәlcә mәnәn, sonra da, yәqin ki, fiziki cәhәtdәn) olduğunu daha aydın göstәrmәk üçün Mircәfәr Bağırovun mәruzәsindәn bir parçaya da diqqәt yetirәk: «Bәzi tarixçilәrin iddia etdiklәrinә baxmayaraq, Şamil xalq tәrәfindәn imam seçilmәmişdi. Şamilin katibi Hacı Əli öz xatirәlәrindә yazır ki, Şamili «ağsaqqal ülәmalar vә mötәbәr şәxslәr mәclisi», yәni mürtәce müsәlman nümayәndәlәri imam seçmişlәr. Şamilin başçılıq etdiyi müridlәr xalqdan ayrılmışdılar vә xalqın әleyhinә idilәr. Mәhz buna görә dә onlar xalq kütlәlәrinә qarşı zorakılıq vә tәca vüz karlıq edirdilәr. Müridizm imamın başçılığı ilә xırda bir qrup müridlәrin Dağıstan kәndlilәri kütlәsi üzәrindә hökmranlığı idi». Müridizmin bu «tәrif»i ilә Bağırovu Heydәr Hüseynovun düşmәnlәri tanış etmişdilәr.
Mәruzә başdan-başa bir-birinә zidd fikirlәrlә dolu idi. Hamımız yaxşı bilirik ki, Böyük Sovet Ensiklopediyasında, bütün orta vә ali mәktәb dәrsliklәrindә, tarixә aid digәr әdәbiyyatlarda Şamil hәrәkatı mütәrәqqi hәrәkat, xalq azadlıq hәrәkatı kimi qiymәtlәndirilir. Kitabında bu barәdә heç bir sәhvә yol vermәyәn, ümumiyyәtlә, sovet dövlәti vә kommunist partiyası qarşısında heç bir günahı olmayan (әksinә, xidmәtlәri olan) alimin lәkәlәnmәsinin sәbәbi şәrhsiz dә mәlumdur.
Vәziyyәt getdikcә gәrginlәşir. «Mәşhur» müşavirәdәn dәrhal sonra respublikanın bütün elmi idarәlәrindә, yaradıcılıq ittifaqlarında Mircәfәr Bağırovun mәruzәsinin müzakirәsi tәşkil edilir. Dünәnә qәdәr akademikin qarşısında milyon dәfә baş әyәn, mәddahlıq edәnlәr ona hücuma keçirlәr. Şәr, böhtan xarakterli, elmi cәhәtdәn araşdırılmamış faktlarla fәlsәfә elmlәri doktorunu, akademiki marksizm-leninizm nәzәriyyәsini bilmәmәkdә, pantürkizm ideyalarını yazmaqda ittiham edirlәr. Belәliklә, kitabının dördüncü fәslindә Mirzә Kazımbәyin bir әsәrinin – «Şamil vә müridizm» әsәrinin adı çәkildiyi üçün görkәmli elm fәdaisi Heydәr Hüseynovun taleyi faciә ilә sona yetir. Böyük alimә qarşı tәklif olunan cәza hәyata keçirilir. Özü dә bu, ağla gәlmәyәn, misli görünmәyәn bir cәza olur. Heydәr Hüseynovu aldığı Stalin mükafatından mәhrum edirlәr. Kitabını qüsurlu vә zәrәrli sayaraq «damğalayır», belә sәrt bir nәticә çıxarırlar.
Artıq әsrin 50-ci illәri başlansa da, bu elә 37-nin bәnzәr forma vә mәzmunda davamı idi. Bununla da sakitlәşmәyib, H.Hüseynovu Marks-Engels-Lenin İnstitutundakı vәzifәsindәn azad edirlәr. Belә ki, «o, sәhәr iş otağına daxil olduqda direktor stolunun arxasında müavininin oturduğunu görür. Müavin dinib bu mәsәlәnin «ora»dan, yәni MK-dan tapşırıldığını izah etmәmişdәn qabaq da Heydәr Hüseynov mәtlәbi olduğu kimi anlayır. Oradan akademiyaya gәlir vә ona göstәrilәn tәzyiqlәrә, gәlәcәkdә baş verәcәk cәzalara bәri başdan etiraz olaraq intihar etmәk qәrarını verir, hәr iki bilәyindә damarlarını kәsir…» O zaman alimi hәyata qaytarmaq mümkün olur. Lakin tәzyiqlәr bundan sonra da sәngimәk bilmir. Heydәr Hüsey - novun özünә qәsd etmәsini «yuxarılar» özbaşınalıq, itaәtsizlik, onlara qarşı etiraz notu kimi qәbul edirlәr. Buna görә dә cәza maşını hәrәkәtini dayandırmır.
Tәsadüfi deyil ki, filarmoniyanın yay salonunda «Şәhәr ziyalılarının yığıncağı» adı altında keçirilәn ifşa tәdbirinә H.Hüseynova yaxın olanlar da dәvәt edilir. «Yuxarı»nın tapşırığı ilә onlar bir-bir növbә ilә öz dost vә hәmkarlarının ardınca danışır, onun özünü vә kitabını böhtanlayırlar. Bu, Bağırova çox xoş gәlir. O vaxt Nizami adına Ədәbiyyat İnstitutunun direktoru olan Mәmmәd Arif Dadaşzadәyә söz verilir. Natiq mәtlәbdәn uzaqlaşmaq mәqsәdilә rәhbәrlik etdiyi elmi müәssisәnin iş-gücündәn, problemlәrindәn danışmağa başlayır. Bağırov mәsәlәni dәrhal başa düşәrәk onun sözünü yarımçıq kәsir vә deyir: «Sәn Türkiyә casususan. Sәn Heydәr Hüseynovdan da pissәn!..» O dövrün «qanun»larına görә, «Türkiyә casusu» kimi qәlәmә verilәn şәxsi son dәrәcә ağır cәza gözlәyirdi. Amma xoşbәxtlikdәn Mәmmәd Arifә bir qәdәr yüngül cәza tәtbiq edilir: cәmi bir neçә gündәn sonra onun partiya biletini әlindәn alıb, direktor vәzifәsindәn azad edirlәr.
SSRİ Elmlәr Akademiyasının müxbir üzvü, akademik Aleksandr Makovelski, yәni kitabın redaktoru Fәlsәfә İnstitutunun direktoru vәzifәsindәn götürülür. Əvәzindә isә H.Hüseynovu pislәyәnlәr yeni vәzifәlәrlә mükafatlandırılırlar. Heydәr Hüseynov hәlә çox perspektivlәr vәd edәn bir alim idi. AMEA-nın müxbir üzvü, fәlsәfә elmlәri doktoru, professor Zakir Mәmmәdov «Fәlsәfi fikrimiz: ona laqeyd qalmaq olmaz» mәqalәsindә yazır: «Akademik H.N.Hüseynov 40-cı illәrdә Bәhmәnyarın kiçikhәcmli iki fәlsәfi traktatını aşkara çıxarıb tәdqiqat obyektinә çevirmәklә sırf elmi-fәlsәfi irsimizin varlığını elan etdi. Görkәmli tәdqiqatçının milli ruhda Azәrbaycan fәlsәfәsi tarixinә dair yazdığı kitab elmi ictimaiyyәt tәrәfindәn rәğbәtlә qarşılandı, Stalin mükafatına layiq görüldü. Lakin alimin öz xalqının tarixәn yüksәk elmi-fәlsәfi tәfәkkürә malik olduğunu aşkar söylәmәsi imperiya ağalarının zәhmindәn qorxan kölәlәrә xoş gәlmәdi…»
Tәdqiqatçı Adıgözәl Mәmmәdov isә belә yazır: «Yaradıcı şәxs o hala çata bilәr ki, onda suisid (intihar) baş versin. Bu mәnada Heydәr Hüseynovun ölümü buna bariz nümunәdir. Heydәr Hüseynov öz dövrünün konyunkturunun girovuna çevrilmişdi. Ancaq o bu girovluqdan çıxmaq üçün cәhd edirdi. Genealoji olaraq informasiyalar onu bu girovluqdan çıxmağa mәhkum etmişdi… Heydәr Hüseynov bu tәzyiqlәrә tab gәtirә bilmәdi. Nәticәdә bir dәfә şah damarını kәsdi, akademik Topçubaşov onu ölümdәn xilas etdi. Xәstәxanadan çıxdıqdan bir neçә gün sonra isә onu özünü asmış vәziyyәtdә tapdılar. Dәfnini tez-tәlәsik hәyata keçirdilәr. Dәfnindә cәmi bir neçә nәfәr iştirak edirdi». İntihar etmәk dini baxımdan günah sayılır. Yaradanın verdiyi canı yalnız O Özü ala bilәr, verdiyi ömrü nә vaxt istәsә Özü kәsә bilәr. Elm, tәbabәt intiharı acizlik, gücsüzlük, mübarizә apara bilmәmәk, hәtta xәstәlik kimi xarakterizә edir.
Böyük istedada malik insanların intiharı isә elmә, mәdәniyyәtә, incәsәnәtә, yәni bu sahәlәrin hansına mәnsub dursa, mәhz ona ağır zәrbәdir. Belә mәntiqi nәticә çıxır ki, belәlәri intihar edәrkәn öz istedadlarını xalqdan әsirgәyir, vәtәni onların gәlәcәk xidmәtlәrindәn alacağı bәhrәlәrdәn mәhrum edirlәr… Heydәr Hüseynov da intihar etmişdi. Lakin onun intiharı söylәnilәn motivlәrin heç biri ilә sәciyyәlәnmirdi.
Əvvәla, Heydәr Hüseynov filosof idi, hәyat qanunlarını yaxşı bilirdi. Hәm dә «Allah adamları»nın ailәsindә böyümüşdü. Onun babası kәrbәlayı idi, atası hәcc ziyarәtinә getmiş, anası mәşәdi olmuşdu vә o, bilmәmiş deyildi ki, intihar böyük günahdır. Heydәr Hüseynovun özünә qәsd etmәsi acizlik dә deyildi. Çünki bu qәdәr zәhmәtә qatlaşıb tәdqiqatlar, araşdırmalar aparan, әziyyәt çәkib әsәrlәr yazan alim iradәcә zәif ola bilmәzdi. Nәhayәt, Heydәr Hüseynov hәlә uzun illәr öz xalqına vә vәtәninә xidmәt etmәk istәyindә, amalında idi. Lakin onu bu arzularını hәyata keçirmәyә qoymadılar. Odur ki, bu intihar, әslindә, bir üsyan idi, bir etiraz idi. Boyun әymәmәk, alçalmamaq, bәlkә dә dünyadan namәrd әli ilә köçmәmәk qәrarı idi!
…Vәzifәdәn çıxarılandan, mükafatı әlindәn alınandan sonra doğmaları Heydәr Hüseynovu bağa aparıblarmış. Deyilәnә görә, köhnә tanışları, hәmkarları onu görәndә özlәrini görmәzliyә vurar, yanından sәssizcә, salamsız ötüb keçirlәrmiş.
Ancaq tarix, qәdirbilәn Azәrbaycan xalqı, elmimiz onun adının üstündәn keçmәyib.
Doğrudur, Heydәr Hüseynov 42 yaşında, yaradıcılıq qüvvәsinin çiçәklәndiyi bir vaxtda hәyatdan köçdü. O, qısa ömrü әrzindә çox iş görmüşdü, ancaq daha böyük işlәr görә bilәrdi. Bununla belә, amansız rejimin, uğursuz taleyin ona macal verdiyi qәdәr yazıb-yaratdıqları nәsillәrә gәrәkdir, әvәzsiz bir yadigardır.