Pompeydə maraqlı kəşf: Ölüm anında da peşəsini tərk etməyən həkim

Pompeydə maraqlı kəşf: Ölüm anında da peşəsini tərk etməyən həkim
16 may 2026
# 11:50

Pompey Arxeoloji Parkında süni intellekt dəstəkli tomoqrafiya və üçölçülü modelləşdirmə texnologiyalarından istifadə edilməklə son illərin ən diqqətçəkən kəşflərindən biri reallaşdırılıb.

"Euronews"un verdiyi xəbərə görə, aparılan araşdırmalar nəticəsində eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsindən qaçarkən həlak olan şəxslərdən birinin həkim olduğu müəyyən edilib.

Qurbanın bütövlüyü qorunmuş gips qəlibinin daxilində aparılan analizlər zamanı onun yanında daşıdığı cərrahi alətlər, dərman hazırlamaq üçün daş lövhə və mexaniki kilidli xüsusi qutu tapılıb.

Mütəxəssislər bu unikal tapıntının fəlakət anında belə peşə alətlərini tərk etməyən bir həkimin yarımçıq qalmış ömür hekayəsini ortaya qoyduğunu bildirirlər.

# 1029 dəfə oxunub

Oxşar xəbərlər

Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq

Trampın çılpaq heykəli "COP31"də nümayiş olunacaq

11:20 12 oktyabr 2026
Muzeylərdə yeni nümayiş forması - Artan soyğunlarla bağlı

Muzeylərdə yeni nümayiş forması - Artan soyğunlarla bağlı

11:00 12 oktyabr 2026
Klassik kino irsinə həsr olunmuş festival keçirilir

Klassik kino irsinə həsr olunmuş festival keçirilir

10:40 12 oktyabr 2026
"Sındırılmış fənərlər küçəsi"nin ulduzu vəfat etdi

"Sındırılmış fənərlər küçəsi"nin ulduzu vəfat etdi

10:27 12 oktyabr 2026
Elza Seyidcahan:  "Mənim adımdan anonim şeirlər yazırlar, şəklimi paylaşırlar..." - Müsahibə

Elza Seyidcahan: "Mənim adımdan anonim şeirlər yazırlar, şəklimi paylaşırlar..." - Müsahibə

10:00 12 oktyabr 2026
​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər