“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında

“Sükut içində addımlar”  filmi Beynəlxalq Film Festivalında
24 aprel 2026
# 16:02

Rejissor Fariz Əhmədovun tammetrajlı sənədli filmi “Sükut içində addımlar” 66-cı Krakov Film Festivalının əsas müsabiqəsində dünya premyerasını keçirəcək.

Kulis.az xəbər verir ki, festival, Avropanın ən qədim kino tədbirlərindən biri olmaqla yanaşı, həm Oskar mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya təmin edir.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.

“Sükut içində addımlar” Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini əks etdirir. Minaxtarma fəaliyyəti “ikinci müharibə” və ya bəzən “gizli müharibə” adlanır, çünki təhlükə hər yerdə ola bilər, lakin görünməzdir. Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, eyni zamanda duyğusal və həssas hissləri ilə diqqət çəkirlər.

Film Azərbaycan qadınını yalnız zərif cins nümayəndəsi kimi təqdim etmir. Onlar həm gizli müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir olunurlar. Onların gündəlik həyatında texniki siqnallar, təhlükə, iradə, kövrəklik və güc, ölüm və qalım mövzuları sükutla birləşərək tamaşaçıya çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.

Filmin Baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifi Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.

Filmin dünya premyerası beynəlxalq kino ictimaiyyətində Azərbaycanın sənədli kino ənənələrini nümayiş etdirmək və qadın qəhrəmanlarının cəsarətini dünya səhnəsində təqdim etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

# 1446 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər