Zevs, Afina, Apollon – Yunan tanrılarının sonu nə oldu?

Zevs, Afina, Apollon – Yunan tanrılarının sonu nə oldu?
12 avqust 2022
# 17:00

Kulis.az yunan mifologiyasının necə sona çatmasının tarixçəsini təqdim edir.

Hər şey Aresin doğulması ilə başladı. Bildiyiniz kimi, Ares müharibə tanrısıdır və Zevsin oğludur.

Afina və Ares iki əks qardaş idi, Afina sülh ilahəsi, Ares isə müharibə tanrısı idi. Onlar tez-tez bir-biri ilə döyüşürdülər, bu da Afina və Sparta müharibəsi demək idi. Bu kimi səbəblərdən Ares digər tanrılar, xüsusən də, atası Zevs tərəfindən sevilmirdi.

Apollon və Afinanın Ares haqqında düşüncələri dastanda belə qeyd olunur:

“Ares, xalqın bəlası,

Qalaları yıxan Ares, əlləri qanlı olan Ares...

Ona yaxınlaş, təcavüzkar Aresdən qorxma,

O dəlidir, pislərin ən pisidir,

Gah o tərəfə çevrilir, gah bu tərəfə...”

Zevs dastanda Aresə belə müraciət edir:

“Bəsdir ayağımın altında ağladın, xain,

Olimpdə yaşayan bütün tanrılar arasında nifrət etdiyim tanrı sənsən!”

Ares bir çox müharibədə, o cümlədən Troya müharibəsində fəal iştirak edib. Onun başına 13 ay bir küpün içinə həbs edilməsindən, Troya müharibəsində ölümlü Diomed tərəfindən yaralanıb döyüş meydanını tərk etməsinə qədər bir çox utanc verici hadisələr gəlib. Səbəblər, adətən, olduqca gülünc olur.

Ares ərköyün uşaq kimi istədiyi yerdə müharibə aparır, istədiyini öldürürdü. Əlbəttə, Ares bir az taqətdən düşmüşdü, amma hələ də çox güclü varlıq idi.

Nəhayət, Ares 4 böyük köməkçisi Fobos (qorxu), Deimos (dəhşət), Eris (mübahisə ilahəsi) və Eniyo ilə bütün dünyanı dəhşətə gətirmək qərarına gəlir.

Əfsanələrə görə, Ares Frakiyada qırğınlar etmiş və 3 çay insan qanı axıtmışdır. Burada Fobosun rolu böyükdür – o, bütün Olimpi qorxudur. Təbii ki, müharibədə qalib gələn odur.

Sonda Olimp tanrıları Aresə qarşı müharibə elan edir, lakin, Olimp işğal edilir.

Fobos elə bir qorxu aşılamışdı (yeri gəlmişkən, “fobiya” sözü Fobosdan gəlir) ki, az qala Zevsi Olimpdən tamamilə qoparırdı.

Amma Ares, hər bir ərköyün uşaq kimi, bütün bunları ailəsinin diqqətini cəlb etmək üçün edirdi. Nəticədə, Olimpi Zevsin əlindən almadı. Ona taxtda oturmağa icazə verdi, ancaq bir şərtlə:

“Daha heç bir tanrı dünyaya qarışmayacaq”.

Zevs ya bunu qəbul edəcək, ya da Ares yerin və göylərin hökmdarı olacaqdı.

Mifologiyanın sonunda Zevs Aresin şərtlərini qəbul edərək dünyaya bütün qapıları bağlayır.

Sonra zamanla yunan xalqı da öz tanrılarını unudur.

# 8492 dəfə oxunub

Oxşar xəbərlər

Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

Daşnakların qara siyahısındakı daxili işlər naziri - Onun qatili Torlokyan cəzadan necə yayındı?

10:00 18 fevral 2026
Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

12:00 14 fevral 2026
"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

"Ya rüşvət verməliyəm, ya da fahişəlik etməliyəm..." – Stalinə yazılan məşhur məktubun gizlinləri

14:50 12 fevral 2026
"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

"Bizə hüquq verməyən istibdadınızı yıxacağıq" - 1917-ci ildə kişilərə meydan oxuyan o qadın kim idi?

10:00 12 fevral 2026
İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı  düşmәnçilik kampaniyası başlanmışdı?

İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı?

10:00 11 fevral 2026
Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

10:00 9 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər