Ailem.az-ın “Ən yaxşı sevgi mesajı” müsabiqəsinin qalibləri elan olundu FOTOLAR

Ailem.az-ın “Ən yaxşı sevgi mesajı” müsabiqəsinin qalibləri elan olundu FOTOLAR
14 fevral 2014
# 15:36

Bu gün APA Holdingin nəzdində fəaliyyət göstərən Ailem.az saytının keçirdiyi “Ən yaxşı sevgi mesajı” müsabiqəsinin qaliblərinin mükafatlandırması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu bildirib ki, Ailem.az saytının sevgi mesajı müsabiqəsi keçirməsi bu layihənin cəmiyyətə verdiyi bir mesajdır. Baş direktor arzu edib ki, Azərbaycan ailələri də Ailem.az saytının vermək istədiyi sevgi mesajını qəbul etsin və sevgisiz ailələr olmasın.

Qalibləri təbrik edən Q. Abbasoğlu onlara mesajlarını ithaf etdikləri şəxslərlə xoşbəxt həyat arzulayıb.

Daha sonra Ailem.az layihəsinin rəhbəri Anar Gəraylı müsabiqənin texniki tərəfləri ilə bağlı məlumat verib. O bildirib ki, "Ən yaxşı sevgi mesajı" müsabiqəsinə ümumilikdə 200-dən çox sevgi mesajı göndərilib, ancaq onlardan 115-i müsabiqənin kriteriyalarına uyğun gəldiyi üçün saytda yayımlanıb.

Münsiflər heyətinin üzvü Sevinc Çılğın qeyd edib ki, mesajların qiymətləndirilməsi zamanı daha həyati və real olan mesajlara səs verib.

Daha sonra qaliblərə mükafatları təqdim edilib.

Müsabiqənin qalibi Çinarə Rzayevə bildirib ki, sayta göndərdiyi mesajı nişanlısına yazıbmış: "Mən o mesajı müsabiqəyə göndərməzdən bir neçə gün əvvəl baş vermiş bir hadisə ilə bağlı nişanlıma yazmışdı. Mesajımdakı səmimiyyətin münsiflər heyəti tərəfindən də hiss olunmasına sevindim".

Qeyd edək ki, Münsiflər Heyətinin qiymətləndirməsinə görə, müsabiqədə birinci yeri “Bağışlamaq” mesajı ilə Çinarə Rzayevə tutub.

İkinci və üçüncü yerlərə isə müvafiq olaraq, “Kor diktator” mesajı ilə Səid Əliyev və “Ət parçası” mesajı ilə Rahim Abdullayev layiq görülüb.

Müsabiqədə “Facebook” və “Twitter” səsverməsinin qalibləri isə “İnam” mesajı ilə Kamran Bədəlov və “Səhər yuxusu” mesajı ilə Vüsal Hacıyev olub.

“Ən yaxşı sevgi mesajı” müsabiqəsinin münsifləri Kulis.az internet dərgisinin baş redaktoru, yazıçı-publisist Qan Turalı, jurnalist Vüsalə Məmmədova və şairə Sevinc Çılğın olub.

Müsabiqənin qalibləri hər münsif tərəfindən maksimum 10 bal qiymətləndirmə ilə müəyyənləşib. Birinci yerin sahibi 27, ikinci yerin sahibi 25, üçüncü yerin sahibi isə jüridən 23 bal alıb.

Parfumshop.az-ın sponsorluğu ilə keçirilən müsabiqədə birinci yerin sahibinə planşet, ikinci yerin sahibinə mobil telefon, üçüncü yerin, həmçinin, “Facebook” və “Twitter” qaliblərinə isə parfüm dəsti hədiyyə edilib.

Onu da bildirək ki, müsabiqə çərçivəsində Ailem.az saytında 115 sevgi mesajı yayımlanıb. Müsabiqədə yayımlanan bütün mesajlarla bu linkdə (http://www.ailem.az/adults/category/adults/2581#.Uv21_WJ_szm) tanış ola bilərsiniz.

# 4620 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər