Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert - Amerikada

Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert - Amerikada
16 fevral 2018
# 09:37

ABŞ-ın Texas ştatının Denton şəhərindəki Şimali Texas Universitetinin və Azərbaycan-Amerika Musiqi Fondunun təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsert əfsanəvi bəstəkarın 100 illik yubileyi münasibətilə nəzərdə tutulan proqramlar sırasında ilk böyük mədəniyyət hadisəsi olub. Şimali Texas Universiteti nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin "Voertman" salonunda keçirilən konsertdə musiqi fakültəsinin və Dallas Simfonik Orkestrinin tanınmış musiqiçiləri çıxış ediblər. Onların arasında tanınmış pianoçu Vladimir Viardo, Şimali Texas Universitetinin musiqi klaviaturalı alətləri kafedrasının rəhbəri Stiven Harlos, kontrabas üzrə regent-professor Ceff Bradetiç, vokal professoru Kerol Vilson, violonçel üzrə professor Yucin Osadçi, beynəlxalq müsabiqələr laureatı, pianoçu Anastasiya Markina, beynəlxalq aləmdə tanınmış musiqiçi Cəmilə Cavadova-Spitzberq, Dallas Simfonik Orkestrinin musiqiçiləri- skripkaçılar Filipp Fenriç, Aleksandr Snıtkin və Ənn Mari Brink, violonçel ifaçısı Ceffri Hud, doktorantlar Yuki Kumamoto və Uilyam Heyter olublar.

Qara Qarayevin yaradacılıq irsi kamera musiqisi ilə təqdim olunub və bəstəkarın məşhur fortepiano prelüdləri, skripka üçün sonata, vokal romanslar, "Don Kixot" simfonik qravüralarının transkripsiyaları, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən rəqs nömrələri təqdim edilib. Dahi bəstəkarın musiqisinin parlaq ahəngi, rəngarəng obrazlar, əsrarəngiz ritmlər və heyrətamiz çıxışlar tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb.

Qara Qarayevin yubileyinə həsr olunmuş konsert Texas KİV-ləri, o cümlədən bəstəkarın adı və musiqisini vəsf edən məqalələr yayımlayan "Dallas Morning News" və "Denton Record-Chronicle" qəzetləri tərəfindən işıqlandırılıb./azertag.az/

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər