Məşhur əcnəbi rejissor Bakıda tamaşa hazırlayacaq

Məşhur əcnəbi rejissor Bakıda tamaşa hazırlayacaq
9 aprel 2014
# 11:48

Yunanıstanlı rejissor Teodoros Terzopulos Akademik Milli Dram Teatrında tamaşa hazırlayacaq.

Kulis.az-ın xəbərinə görə, bu günlərdə məşhur yunan rejissoru Teodoros Terzopulos Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə Bakıda olub.

Avropanın aparıcı rejissorlarından sayılan Teodoros Terzopulosla teatr arasında əldə olunan razılığa əsasən cari ilin sonlarında rejissor Akademik Milli Dram Teatrının səhnəsində Sofoklun “Antiqona” faciəsini tamaşaya hazırlayacaq.

T.Terzopulosun bu səfərində ilin sonlarında hazırlanması nəzərdə tutulan “Antiqona” tamaşasının detalları müzakirə olunub. Rejissor iki günlük gərgin qrafikli səfəri zamanı Akademik Milli Dram Teatrında gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb. Görüşdə qeyd olunub ki, tezliklə T.Terzopulosun Bakıya daha bir səfəri gözlənilir. Növbəti səfərdə rejissor “Antiqona” tamaşası üçün kastinq həyata keçirmək, eləcə də seminarlar və ustad dərsləri təşkil etmək fikrindədir.

T.Terzopulos Yunanıstanın şimalında, Evripidin doğulduğu Makriqialos kəndində anadan olub. Teatr təhsilini Yunanıstanda və Almaniyada alıb. Berliner Ansamblda Rut Berqhauz, Benno Benson, Hayner Müllerin rəhbərliyi altında çalışıb. 1981-1983-cü illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub.

1993-cü ildən Teatr Olimpiadası Beynəlxalq Komitəsinin prezidentidir. 1985-ci ildə Afinada Attis Teatrını yaradıb və Delf festivalını təşkil edib.1990-cu ildə Aralıq dənizi ölkələri teatrları beynəlxalq institutunu yaradıb və bu instututa rəhbərlik edib. Rejissorun bir çox tamaşası nüfuzlu mükafatlara layiq görülüb. “Vakxanqlar” Madriddə və Malaqada keçirilən festivalda, “Farslar” Karakasda, Monpelyedə Barselonada və Lissabonda ən yaxşı tamaşa mükafatına layiq görülüb. Rusiyada Alla Demidova ilə hazırladığı “Medeya”, “Kvartet”, “Hamlet – dərs” tamaşaları ilə məşhurdur. Yaradıcılığında daha çox klassik mətnlərlə - xüsusən də antik yunan dramaturgiyasının nümunələri ilə işləməyə üstünlük verir. Sofokl, Evripid, Esxil, Antik yunan dramaturqları ilə yanaşı, B.Brext, S.Bekket, H.Müller, R.Fassbinder, F.Q.Lorka, B.Pasternak, A.Stridberq, E.Arendt, kimi müəlliflərin də əsərlərinə quruluş verib. Sonuncu işi Rusiyanın Aleksandrinski teatrında S.Bekketin pyesi əsasında hazırladığı “Oyunun sonu” tamaşasıdır. Hazırda T.Terzopulos Avropa teatrında antik faciə üzrə ən yaxşı mütəxəssis hesab olunur.

# 3953 dəfə oxunub

Oxşar xəbərlər

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

Heç kimin tanımadığı rəssamın şedevri - Adi səhər yeməyi necə sənət əsərinə çevrildi?

18:25 22 iyun 2026
Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

Uşaq məsumluğunu tablolara köçürən məşhur rəssam

17:35 19 iyun 2026
İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

10:00 18 iyun 2026
Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

Yerusəlimdən İçərişəhərə - Azərbaycan kinosunun gizli qəhrəmanının heyrətamiz həyat hekayəsi

15:00 17 iyun 2026
Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

Şekspir əsərində bəhs edirdi, Da Vinçi fanatı idi, Makiavelli oynayırdı - Kralların nifrət etdiyi futbol necə dünyanın ən çox sevilən oyununa çevrildi?

12:00 17 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər