Azərbaycanlı qadın Avropanın ən yaxşı rəssamı oldu

Azərbaycanlı qadın Avropanın ən yaxşı rəssamı oldu
9 iyun 2016
# 10:29

Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur Payız Salonunun “TOİLE D'OR” ali mükafatını tanınmış azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya təqdim edib. AZƏRTAC xəbər verir ki, atası, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova “Adajio” diptixinə görə bu nüfuzlu mükafata layiq görülüb.

Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusu qazanıb.

Qeyd edək ki, N.Nərimanbəyova artıq bir neçə ildir Azərbaycanı böyük və irimiqyaslı “ART EN CAPITAL” layihəsində təmsil edir. Bu layihə Parisin əsas sərgi salonunda – Qrand Paledə Fransa Prezidenti Fransua Ollandın himayəsi ilə keçirilir.

“ART EN CAPITAL”ın əsas və yeganə mükafatı olan “TOİLE D'OR” 1973-cü ildə Fransa Milli Mədəniyyət Federasiyası tərəfindən təsis edilib və əsərləri nümayiş olunan dünyanın çox sayda rəssamından yalnız birinə verilir. İlk dəfədir ki, azərbaycanlı rəssama təqdim edilən bu mükafata bu günə qədər müxtəlif ölkələrdən ancaq 36 rəssam layiq görülüb.

Müstəqil rəssamların Qrand Paledəki salonunda hər il 5 minə qədər rəsmlə 2 mindən artıq tanınmış rəssam iştirak edir. Zamanında bu salon Pol Sezan, Pol Qogen, Anri de Tuluz-Lotrek, Kamil Pissarro, Şaqal, Dali, Van Qoq, Modilyani, Brak, Miro, Düşan, Utrillo, Brauer kimi böyük rəssamlara şöhrət qazandırıb.

Bu gün dünya miqyaslı rəssamların siyahısına qızıl hərflərlə azərbaycanlı Nigar Nərimanbəyovanın da adı yazılıb. Rəssamın bu qələbəsi müasir Azərbaycanın təsviri sənətinə böyük töhfədir.

Nigar Nərimanbəyova deyib: “Bu xəbərdən inanılmaz həyəcan keçirirəm! Sevincimin həddi-hüdudu yoxdur. Xoşbəxtəm ki, Azərbaycanı Avropanın dünya miqyaslı sənət meydançalarında ləyaqətlə təmsil edirəm, ölkəm barədə ən yaxşı tənqidçilər və sənətşünaslar söz açır. Bu inanılmaz uğurdur. Artıq azərbaycanlı rəssamın adı Avropa və Fransada ən yaxşı rəssamların reyestrinə daxil oldu. Əlbəttə, bu, həm də yaradıcılığımın çoxsaylı pərəstişkarlarının xidmətidir. Onların sevgi və səmimiyyəti mənə həmişə ilham verir və məni xoşbəxt edir”.

Qeyd edək ki, azərbaycanlı rəssamın rəsmləri uzun müddətdir ki, Avropa seyrçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.

# 2123 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər