Kultura.az saytı yeni yazı müsabiqəsi elan edir

Kultura.az saytı yeni yazı müsabiqəsi elan edir
28 aprel 2014
# 09:33

Kultura.az saytı görkəmli yazıçı Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri barədə yeni yazı müsabiqəsi elan edib.

Müsabiqədə qalib olanlar pul mükafatı ilə təltif olunacaq. Birinci yerin sahibi 500 manat, ikinci yerin sahibi 300 manat, üçüncü yerin sahibi isə 200 manat məbləğində mükafata layiq görüləcək. Müsabiqədə iki həvəsləndirici mükafat da nəzərdə tutulub.

Müsabiqəyə göndərilən məqalələr Kultura.az saytının redaktorlar heyəti tərəfindən yoxlanılacaq və qiymət veriləcək. Müsabiqə boyunca seçilmiş məqalələr Kultura.az saytında yayımlanacaq. Qaliblərin mükafatlandırılmasının iyun ayının sonlarında keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

- Müsabiqədə iştirak edənlər C. Cabbarlının "Oqtay Eloğlu" əsəri haqqında fikirlərini, düşüncələrini yazı (rezensiya) şəklində Azərbaycan dilində ifadə etməlidirlər.

- Məqalələrin həcmi 10 000 işarədən (boşluqsuz) artıq olmamalıdır.

- Müsabiqədə yaş həddi 30 yaşa qədərdir.

- Müsabiqədə iştirak etmək niyyətində olanlar yalnız bir yazı göndərə bilərlər. Məqalələr əvvəlcə hansısa mətbuat orqanında, internet resursunda çap edilməməlidir. Şərtə əməl etməyən müəlliflərin məqalələri müsabiqəyə buraxılmayacaq.

- Müsabiqə iştirakçıları [email protected] ünvanına yazı ilə birlikdə, özləri haqqında məlumat (ad, soyad, ata adı, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.

- Müsabiqəyə yazı qəbulu 2014-cü ilin aprelin 25-dən iyunun 20-nə qədər (həmin gün də daxildir) nəzərdə tutulub.

Azərbaycan klassiklərini daima xatırlamaq, onları gənc nəslə tanıtdırmaq, təbliğ etmək məqsədilə Kultura.az saytı Azərbaycanın görkəmli yazıçısı, ziyalısı, ictimai-siyasi xadimi Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı mövzusunda bu ili fevralın 1-dən martın 8-ə qədər yazı müsabiqəsi elan etmişdi.

# 3868 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər