Yaradıcı adamlara ŞAD XƏBƏR

Yaradıcı adamlara <span style="color:red;">ŞAD XƏBƏR
22 yanvar 2015
# 16:53

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu, Bakı Slavyan Universiteti (BSU) arasında üçtərəfli saziş imzalanıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, BSU-nun rektoru Asif Hacıyev, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmovun imzaladığı saziş yaradıcı insanların potensialının aşkarlanmasına imkan verəcək.

Sazişə görə, tərəflər müxtəlif bölgələrdə yaşayan yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin milli dövlətçilik ruhunda tərbiyə olunması istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

İmzalanma mərasimində çıxış edən BSU-nun rektoru professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağında 10 ilə yaxındır Yaradıcılıq fakültəsinin fəaliyyət göstərdiyini xatırladıb. Rektor bildirib ki, bundan sonra fakültənin əhatə dairəsi Yaradıcılıq Fondunun xətti ilə daha da genişlənəcək, bütün bölgələrin istedadlı şəxslərinin faydalana biləcəyi quruma çevriləcək.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu sazişin mədəni, eyni zamanda intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib: “Azərbaycan istedadları ilə seçilən ölkədir. Hər dövrdə sayılıb-seçilən istedadlı şəxslərimiz olub. Belə insanlar ölkənin hər yerində bu gün də var. Onlara yaradıcılıq imkanlarının yaradılması, fəaliyyətlərinin diqqət mərkəzinə çəkilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə Yaradıcılıq Fonduna dəstək verməyə hazırdır və imzaladığımız sazişlə biz etmək istədiklərimizin hüquqi əsasını da formalaşdırmış olduq”.

Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov təməli Yaradıcılıq fakültəsi ilə qurulan təşkilatın bu gün əhatə dairəsini genişləndirərək Fond funksiyasını yerinə yetirməsini intellektual kəsimin böyük uğuru kimi dəyərləndirib. Q.Rüstəmov deyib ki, Yaradıcılıq Fondu bütün sahələrdə yaratmağı bacaran insanların tapındığı məkan olacaq.

Xatırladaq ki, Yaradıcılıq fakültəsi ilk dəfə yazıçı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BSU-nun rektoru olmuş akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradılıb və bu gün də fəaliyyətini davam etdirir.

# 1670 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
#
#
# # #