Fərid Hüseyn işdən çıxmasından danışdı

Fərid Hüseyn işdən çıxmasından danışdı
1 iyul 2015
# 16:28

“İşdən ayrılmaq səbəbim Mərkəzin açıqlanmasında deyildiyi kimi, "işin öhdəsindən gələ bilməyib" deyil. Olanlara səbəb yazılarım olub”.

Bu sözləri Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri vəzifəsindən azad edilən Fərid Hüseyn Kulisə açıqlamasında söyləyib.

F.Hüseyn daha sonra əlavə edib ki, mətbuata açıqlama verən keçmiş iş yoldaşlarımı da başa düşürəm: “Qəti incimirəm, həqiqəti deyə bilmirlər. Mətbuatdan da xahiş edirəm ki, onları deyə bilmədikləri məsələlərə görə açıqlamalarla sıxışdırmasınlar. Həm orda işlədiyim günlərin xatirəsinə və insanlara hörmətimə sadiq qalamağa çalışacağam. Onlara da, mənə də uğurlar.”

Məlumat üçün bildirək ki, Fərid Hüseynin işdən çıxarılması ilə bağlı Mərkəzin Aparat rəhbəri, yazıçı Yaşar Əliyev Kulisə açıqlamasında demişdi: “İşinin öhdəsindən gələ bilmirdi. Buna görə ona rəhbərlik tərəfindən dəfələrlə irad tutulub. Özü də bu iradlarla razı idi. İşini axıracan yerinə yetirməyi bacarmırdı. Ona görə ərizəsini yazaraq çıxdı”.

# 1542 dəfə oxunub

Oxşar xəbərlər

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

"Təcrübə dovşanı kimi gündə bir palataya keçirirlər" - Hüseyn Cavidin ölümün qoynuna atılan oğlu

15:00 16 sentyabr 2025
"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

"Abyssalis" - Orxan Həsəninin yeni hekayəsi

09:00 16 sentyabr 2025
"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

"Kamal Abdulla milli-mədəni kodlar yaradır" - O, labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər