Orxan Pamuk Bəşər Əsədə məktub yazdı

Orxan Pamuk Bəşər Əsədə məktub yazdı
10 dekabr 2012
# 18:59

Bir qrup yazar Suriya lideri Bəşər Əsədə açıq məktub yazıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, açıq məktubu hazırlayan “Nobel” mükafatçıları türkiyəli yazar Orxan Pamuk, israilli yazar David Qrossman, İtalyan yazar Klaudio Maqris, Əlcəzairli yazar Bualem Sansal, alman yazar Martin Valser və alman əsilli fransız ictimai siyasi xadim Alfred Qrosserdir.

Yazarlar yazdıqları məktubla Bəşər Əsədin istefaya getməsini istəyiblər. Suriyanın gündən-günə yox olduğunun ifadə edildiyi məktubda, BMT-nin zərərçəkən xalqa yardım göstərmədiyi bildirilib.

Əlcəzair, İraq, Liviya, Yəmən və Bəhreyndə baş verənlərin Suriyada daha gərgin və vəhşicəsinə yaşandığı qeyd olunan məktubda bildirilib ki, Əsədin Rusiya və Çin kimi ölkələrdən dəstəklənməsi rəsmi Dəməşq tərəfindən atılan addımların qanuni olması demək deyil: “Tez və ya gec Suriya xalqı və beynəlxalq hüquq qarşısında bunun cavabını vermək məcburiyyətində qalacaqsınız”.

# 2517 dəfə oxunub

Oxşar xəbərlər

Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

10:30 8 avqust 2026
Faşistlərin  və  kilsənin qəzəbinə səbəb olan rəssam  – Onun əsərləri niyə qadağan edilmişdi?

Faşistlərin və kilsənin qəzəbinə səbəb olan rəssam – Onun əsərləri niyə qadağan edilmişdi?

16:25 7 avqust 2026
48 nəfərin ölümünə “metal” mərsiyə - Məşhur "Empire of the Clouds" necə yarandı?

48 nəfərin ölümünə “metal” mərsiyə - Məşhur "Empire of the Clouds" necə yarandı?

14:20 7 avqust 2026
"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..."  - Endi Vorhol kim idi?

"Gələcəkdə hər kəs 15 dəqiqəliyinə məşhur olacaq..." - Endi Vorhol kim idi?

16:30 6 avqust 2026
Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... -  Dieqo Velaskesin məşhur əsərləri

Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri

15:45 6 avqust 2026
Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

Kinetik incəsənətin canlı ideya platforması - Naum Qabonun heykəllərinin sirri

17:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər