Məktəblərimizin hicab dərdi

Məktəblərimizin hicab dərdi
18 fevral 2021
# 12:31

Dünəndən sosial şəbəkələrdə məktəbli qız və hicab mövzusu geniş müzakirə olunmaqdadır.

Məsələni xəfifə alanlar üçün deyim ki, bu, belə deyil.

Orxan Pamuk kimi ciddi yazıçının ən məşhur və Nobel mükafatına layiq olmasına yol açan romanlarından biri hicaba həsr olunub.

Söhbət “Qar” romanından gedir.

Dövrümüzün ən güclü sosial-siyasi romanlarından birinin əsas konflikti baş örtüyüdür.

Romanın qəhrəmanı Ka Qarsda intihar edən hicablı qızlarla bağlı reportaj yazmaq üçün bu şəhərə gəlir və hər şey bundan sonra başlayır.

Roman boyu Pamuk postmodern tərəfsizliyinə sadiq qalaraq, müxtəlif düşüncəli insanın məsələyə münasibətini ortaya qoyur.

Oxucu öz-özünə vərəvürd etmək üçün xeyli material əldə etmiş olur.

Lakin əsərin çox təbii şəkildə aşılanan ideyası cümlələrin arxasından boy göstərir.

Bu səbəbdən mən də Pamukun ənənəsinə sadiq qalaraq, qəssab davranışlı müəllimənin hicablı şagirdə qarşı mənəvi terrorunu bir kənara qoyub diqqəti daha ciddi məqama yönəltmək istəyirəm.

Zira problemi həll etmək üçün nəticəyə yox, səbəbə baxmaq lazımdır.

Əvvəla, onu deyim ki, hicab mənəvi bir simvol olaraq məndə qıcıq doğurmur, əksinə, hicablı qız və qadınlara içimin dərinliklərində yüksək ehtiram var.

Müşahidə etdiyim qədər bu təkcə məndə belə deyil.

Bir dəfə İstanbulun mərkəzində qızlı-oğlanlı bir dəstə tələbə hicab əleyhinə yürüş keçirirdi. Onlar qışqıra-qışqıra əsas prospektə çıxanda qəfil bir dəstə hicablı xanlımla qarşılaşdılar. İlginc mənzərə yarandı: aksiyaçılar səslərini kəsib, prospektin o biri tərəfinə keçdilər...

Doğrudan da məsələ qəlizdir. Axı içinin səsi ilə hicab taxan, özünü bu cür geyimdə daha rahat hiss edən bir xanıma necə deyə bilərsən ki, başını açmalısan?

Bu, başı açıq qadını zorla başını örtməyə vadar etməkdən fərqli bir şey deyil.

Azadlıq həm də istəyəndə hicab taxmaqda deyilmi?

Lakin getdiyin ünvan dünyəvi prinsiplərlə fəaliyyət göstərən təhsil müəssisəsidirsə, külahlar dəyişir.

Sual olunur: məktəbin öyrətdiyi elm yaxşıdır, məsləhət bildiyi geyim pisdir?

Həyatını etibar etdiyin məktəbə geyimini niyə etibar etmirsən?

Azərbaycanda müxtəlif dini inancları olan insanlar var, əgər müsəlman qız-qadın hicabla gəlirsə, başqaları niyə öz geyimlərini geyə bilməsin?

Konstitusiyada çoxluq müsəlmandırsa, hicab taxsın, başqa dinlərin nümayəndələrinə öz geyimləri qadağan olunsun deyə bir maddə varmı?

Biz dünyəvi təhsil alırıqsa, onun qayda və prinsiplərinə də əməl etməliyik.

Hələ mən hicabın məktəbə yol açmasında tamam fərqli maraqlı olanlardan danışmıram.

Məsələyə ən sadə bucaqdan yanaşıram.

Ümumilikdə, dünyəvi və hüququ ölkədə din cəmiyyətin ən vacib idarəçilik sahələrindən kənarlaşdırılıb mənəvi dəyər olaraq saxlanılır.

Tutaq ki, tibb dünyəvi deyil, dini mahiyyətlidir, o zaman orta əsrlərdəki kimi qadınlarımızı kişi həkimlərə qara örtükdən açılmış deşikdən göstərməliyik.

# 4225 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər