Yazarlar üçün yeni müsabiqə

Yazarlar üçün yeni müsabiqə
1 noyabr 2012
# 18:04
Mədəniyyət və Turizm Nazirliyi yeni müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 2012-2013-cü illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədi ilə "Qızıl Kəlmə" Ədəbi Müsabiqəsini elan edilib.

“Qızıl Kəlmə” Ədəbi Mükafatına bu ədəbi janrlarda yaradılan, son 2 ildə kitab və ya jurnalda çap edilən əsərlər təqdim olunur:

– nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi)
– poeziya əsərləri (poema, şeirlər və mahnı mətnləri)
– tənqid, ədəbiyyatşünaslıq və publisistika əsərləri
– orijinaldan bədii tərcümə əsərləri.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.
Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər. Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

Təqdimat aşağıdakı sənədlərdən ibarətdir:

Əsəri təqdim edən təşkilatın, şəxsin Mükafat Komissiyasına ünvanlanmış məktubu;
Çap edilən əsər (5 nüsxə)
Namizədin tərcümeyi-halı və 1 ədəd fotoşəkli
Şəxsiyyət vəsiqəsinin surəti
Müəllifin digər işlərinin siyahısı (əgər varsa)
Əsər barədə rəylər və nəşr edilən yazılar (əgər varsa).

İşlər noyabr ayının 1-dən, 2013-cü il mart ayının 1-dək Bakı şəhəri, Hökumət Evi, 3-cü mərtəbə, 319-cu otağa təqdim edilməlidir.
# 2340 dəfə oxunub

Oxşar xəbərlər

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

15:00 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
Rikoşet - Vüqar Vanın yeni hekayəsi

Rikoşet - Vüqar Vanın yeni hekayəsi

12:00 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər