Kişilər tualetində siqaret çəkən ofisiant qız - Vüqar Vanın hoqqaları

Kişilər tualetində siqaret çəkən ofisiant qız - Vüqar Vanın hoqqaları
3 oktyabr 2024
# 15:00

Kulis.az Vüqar Vanın hoqqalarını təqdim edir.

Çoxdandır keçmiş işçisi, hazırkı müəllifi olduğum Kulis-ə təzə yazı göndərə bilmirdim. Bilirsiniz yəqin, roman yazıram deyə, başım qarışıqdır, başqa şeyə vaxt tapa bilmirəm. Əvvəllər şeir adı altında haykuvari şeylər qaralamışdım. Fikirləşdim. Ki, elə bunları göndərim. Heç bir janrın tələbinə cavab vermədiyi üçün də, adını qoyum "hoqqalar".

Uzun çinar ağacının ucu
Xışıldayır.
Elə bil mənə nəsə demək istəyir

*

Anamın pensiya kartının kodu,
Mənim doğum tariximdir.

*

Telefonda söz oyunu oynayan qoca kişi
"İmalə" sözünü tapıb,
Növbəti levelə keçdi.

*

Üç yaşlı bacım oğlu
Tanımadığı adamların yanında qaz buraxır.
Bacım da onun adından üzr istəyir.

*

Kişilər tualetində siqaret çəkən ofisiant qız
“WhatsApp”da səsə qulaq asır.

*

Oba marketin xırdası olmayan kassirləri yordu məni.
Yüz minlik ordu məni,
Axtarır, tapa bilmir.

*

Bu zamana kadar bana yapılan hiç bir şeyi unutmadım,
Mümkünse yapanlar da unutmasın...
İyiliyiğiniz de, kötülüğünüz de aklımda.

*

Ay Qismət məəllim,
Bu dünyanın əyrisi də,
Doğrusu da yalandı,
Yolu kəsən bəxti əldən alandı,
İlan kimi qıvrılandı çalandı,
Şıkı-şıkı, mıkı-mıkı dünyadı.

*

Ət dönəri dadlıdır,
Hörmətli, ad-sanlıdır
Azəri oğlanları,
Dövlətli və şanlıdır.

*

Yutubda shorts videolara baxmaqla,
Bacım oğlu ilə Spaydermen pazılını yığmaqla,
Adapterimi rozetkaya taxıb-çıxarmaqla,
Gönü verirəm suya.

*

Anamın ən böyük arzusu,
"Bu şəhərdə"nin konsertinə getməkdir.

*

Dostumgilin yeznəsi
elə bilir ki,
Allah kişidir.

*

Vüqar özünə
"Beyləqan ət dünyası"ndan
ət alır.

*

Buratinoya oxşayan manatlıq taksi sürücüsü,
Qabaqda oturan qıza özünü göstərmək üçün,
"Her kesin axtardigi qemli mahni"nı qoşdu.

*

Barda lepka vuran Cəlilabadlı dostum deyir ki:
"Mən bu tərəfdə lepka vureyəm,
Qızlar o tərəfdə arağ içeylər".

*

İsti havada,
Öz torundan sallanıb yellənən
ərincək hörümçək.

*

Qadın sürüşüb yıxılır,
Kişi də sürüşüb yıxılır.
Onların ikisi də ayağısürüşkəndir.

*

Axşam evə qayıdanda,
Səhvən özgə evinə gedib çıxasan.
Səhvən özgə adamlarla şam eləyəsən.

*

Yanan da mən
Yaman da mən
Amin də mən
Yamal da mən
Amil də mən
Amal da mən.

# 3948 dəfə oxunub

Oxşar xəbərlər

"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri

"Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri

12:00 26 oktyabr 2025
"Tısbağalar sevişən bu sahildə... " - Rasim Qaracanın yeni şeirləri

"Tısbağalar sevişən bu sahildə... " - Rasim Qaracanın yeni şeirləri

15:00 22 oktyabr 2025
"İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri

"İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri

10:40 20 oktyabr 2025
"Gözlərimə doldurmuşam yağışı..." - Günün şeiri

"Gözlərimə doldurmuşam yağışı..." - Günün şeiri

10:12 15 oktyabr 2025
"Əlisəmid Kür bunu deyərdi, siqaretini tüstülədərdi" - Həmid Herisçi

"Əlisəmid Kür bunu deyərdi, siqaretini tüstülədərdi" - Həmid Herisçi

17:50 14 oktyabr 2025
"Məmməd Araz şairlərin ən varlısıdı..." - Firidun Ağazadənin yeni şeiri

"Məmməd Araz şairlərin ən varlısıdı..." - Firidun Ağazadənin yeni şeiri

12:30 14 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər