"Dünyada lazım olduğundan çox qadın vardı, amma..." - "Sərgərdan" romanından bir hissə

"Dünyada lazım olduğundan çox qadın vardı, amma..." - "Sərgərdan"  romanından bir hissə
27 iyun 2026
# 12:30

Bu gün tanınmış türkiyəli yazıçı Yusuf Atılqanın doğum günüdür.

Kulis.az onun "Sərgərdan" romanından müəyyən hissələri təqdim edir.

Susmuşdu. Danışmaq lazımsız idi. Bundan sonra heç kimə ondan bəhs etməyəcəkdi. Bilirdi; anlamazdılar.

***

Birdən səkilərdən daşan izdihamın arasında onun da ola biləcəyi ağlıma gəldi. İçimdəki sıxıntı əriyib getdi.

***

Dünyada lazım olduğundan artıq qadın vardı; amma tək bir nəfəri yox idi...

***

Sevmək! Deyəsən, hər kəs sözlərə özünə görə bir məna, bir dəyər verir. Bu dəyərlər eyni olmadıqca, iki insan iki fərqli dildə danışırmış kimi olmurmu?

***

Gerçək olan içimdəki bu boşluqdurmu? Deyil! Nəsə var, amma azala-azala var.

***

İnsandakı hər duyğu bir rəngdir.

***

İnsan üçün dəyişməz yeganə bir qətilik vardı: Ölüm...

***

Bu, mənim bugünkü son aldanışım olmayacaq. İnsanlara güvənirəm.

***

Dünyadan çox şey gözləmirəm. Üç otaq, bir mətbəx, sevdiyim adam, biri qız, biri oğlan - iki uşaq...

***

Mən cəmiyyətdəki dəyərlərin ikiüzlülüyünü, saxtalığını, gülünclüyünü görəndən bəri, gülünc olmayan yeganə dayağı axtarıram: Həqiqi sevgini...

***

İnsanları yalan danışanda onları dinləməyi sevirəm. Olmaq istədikləri, lakin ola bilmədikləri "şəxsiyyəti" danışırlar.

***

Hamımız qorxağıq. Qorxduğumuz üçün sevirik; qorxduğumuz üçün yaşayırıq; qorxu ucbatından ölürük.

***

Yoxsa hər şey mən olmadığım vaxtlarda, mənim olmadığım yerlərdə baş verirdi?

***

Bir gün sənə dünyada dözüləsi yeganə şeyin sevgi olduğunu öyrədəcəm.

***

— Bir şeymi axtarırsınız, bəy? — deyə soruşdu.
— Bəli! Köhnə bir qoxu, — dedi.
— Buralarda tapa bilməzsiniz. Prospektdəki aptekdən soruşun.

***

— Hara getdiyimizi bilirsən?
— Xeyr.
— Səni ilk gördüyüm yerə.

***

Ayaq basdığımız hər yer dünyanın mərkəzi olur...

***

Mənim ona tutuna bilməyim üçün onun məndən başqa heç bir dayağı olmamalıdır.

***

Susdu. Danışmaq lazımsız idi. Bundan sonra heç kimə ondan bəhs etməyəcəkdi. Bilirdi- anlamazdılar.

***

Hüzurunu yaşadığı gündə tapa bilməyən insanın xilası yox idi.

***

Sonra insan özünün deyil, o yerin istəyinə uyğun yaşamağa başlayırdı.

***

Bu sevginin onlardakı yarımçıq sevgi ölçüsünü aşan fərqliliyini, adətlərə uymayan tərəfini görəndə necə də narahat olacaqlar! Bizi aralarından qovarlar. Övladlarına pis nümunə olduğumuzu deyərlər. Sanki uşaqlarına özlərindən daha pis nümunə ola bilərmişlər kimi.

***

Açıq qorxu insana adam öldürtdürər, gizlisi isə sakitcə yerində oturdar.

***

- Normal bir insan deyil. Ondan qorxmursan?
- Xeyr, sevirəm. Normal insanlardan qorxuram mən.

Türkcədən tərcümə: Sevinc Mürvətqızı

# 717 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat yoldaşınız üçün yaşayın..." - İsveçli yazıçıdan sitatlar

"Həyat yoldaşınız üçün yaşayın..." - İsveçli yazıçıdan sitatlar

18:00 17 avqust 2026
Simurq quşu - Yusif Səmədoğlunun hekayəsi

Simurq quşu - Yusif Səmədoğlunun hekayəsi

12:00 17 avqust 2026
Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

Mənə sevgi gətir - Çarlz Bukovskinin hekayəsi

13:30 16 avqust 2026
"İstəsəydin, qəlbimi parça-parça edib boynuna taxardım..." - "Küləklə sovrulanlar"dan bir hissə

"İstəsəydin, qəlbimi parça-parça edib boynuna taxardım..." - "Küləklə sovrulanlar"dan bir hissə

10:30 16 avqust 2026
"Mənə qəddarlığı öyrədən qadın oldu, buna görə də..." - Valter Skottdan sitatlar

"Mənə qəddarlığı öyrədən qadın oldu, buna görə də..." - Valter Skottdan sitatlar

13:00 15 avqust 2026
Müəllimlik - Mövlud Mövludun hekayəsi

Müəllimlik - Mövlud Mövludun hekayəsi

12:00 15 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər