Ağ qurbağa - Aqil Çeurin

Aqil Çeurin

Aqil Çeurin

9 dekabr 2021
# 10:35

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aqil Çeurinin “Ağ qurbağa” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Məni cin atına mindirmə. “İt oğlu it”. Səni gör necə pərt edəcəm. Yavaş. Tələsmə...

Mən bir qızı sevirdim. Adı “Sevinc” idi. Gözəl olmasa da, məsum idi, əlləri pambıq kimi ağ, gözləri adamı valeh edirdi. Yeriyəndə bütün kainat onun arxasıca gedirdi elə bil. Qəribə qız idi. Ağlamalı bir əhvalata anidən gülər, gülməli əhvalata isə anidən ağlayardı. Hərdən mənə elə gəlirdi başı xarabdı. Ya özünü gic yerinə qoyur, ya da ətrafındakıları...

Hiss edirdim ki, cinsi istəyim məni sarmaşıq kimi sarıb. Sinif yoldaşım Asim mənə bu cinsi istəyimi necə razı salmaq lazımdırsa ətraflı başa saldı. Həmin gün özümü göyün yeddinci qatında hiss edirdim. Sevinci düşünürdüm, damarlarım sıxılırdı, ürəyim elə döyünürdü ki... Birdən qapı döyüldü. Dik atıldım. Balaca qardaşım otağa girdi. Tez otaqdan çıxıb, özümü ayaqyoluna atdım...

Ağ qurbağa. Hardasa oxumuşam ki, dünyada ağ qurbağalar olan yerdə xəzinə olur. Həm də böyük xəzinə. Gəl indi ağ qurbağa axtar da. Mənə xəzinə lazımdır. Həm də bu dəqiqə. Həm də çox təcili. Sevinci başqa cür ala bilməyəcəm. Nə edim? Nə etməliyəm? Allah məni öldürsün...

Anam paxıl adamdı. Qonşumuz Gülnar xalanın dəhşət paxıllığını çəkir. O incə, anam da kı kök. Axırda savaşdılar. Gülnar bir iynəyə sap, anam da qlobus kimidi. Bilirsiniz ağrılı olan nədi, Gülnar xala da Sevincin anasıdı. Məni fikir götürüb, son savaşdan sonra çox dilxoram. Qanım lap it qanına dönüb. Heyif, Sevincə də yaxınlaşa bilmirəm.

Vağzalı. Bu gün onun toyudu. Mənim də yasım. Yas deyəndə ağlamıram, ancaq dərdli və kədərli mahnılarla baş-başa qalmışam. Əmrahın “Götür beni gittiyin yerə” mahnısına qulaq asıram. Sevinc də ərə gedir, neyləsin məni özü ilə ər evinə aparsın?!

Mən ağ qurbağanı tapdım. Ancaq xəzinə yox idi. Sonralar anladım ki, ağ qurbağa düz yanımda imiş. O sevinc idi. Xəzinə də özü idi. Mən bunun fərqinə heç vaxt varmadım. Gecdi daha. Mənə qalan anamla Gülnar xalanın savaşından sonrakı utanmaq oldu...

# 2876 dəfə oxunub

Oxşar xəbərlər

"Ölənlərin üzündəki o dinc ifadə..."  -  "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

"Ölənlərin üzündəki o dinc ifadə..." - "Buddist tabutçunun gündəliyi"ndən bir hissə

17:00 6 avqust 2026
"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

"Xarici dilləri ən yaxşı öyrənmə yeri çarpayıdır — dodaqdan dodağa..." - Jorje Amadudan sitatlar

12:00 6 avqust 2026
Mağara - Kamal Abdullanın hekayəsi

Mağara - Kamal Abdullanın hekayəsi

10:00 6 avqust 2026
Kor – Gi de Mopassanın hekayəsi

Kor – Gi de Mopassanın hekayəsi

11:50 5 avqust 2026
İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

İnsanın qısa anatomiyası - Anton Çexovun felyetonu

10:50 5 avqust 2026
Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

Qardaşımın sevgiləri - Rafiq Tağının hekayəsi

10:00 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər