Zərdüşt Əlizadə Fəzail Ağamalıya cavab verdi: “DÜZ DEYİR”

<span style="color:red;">Zərdüşt Əlizadə  Fəzail Ağamalıya cavab verdi: <span style="color:red;">“DÜZ DEYİR”
22 yanvar 2018
# 12:19

Ana Vətən Partiyasının sədri, Millət vəkili Fəzail Ağamalı Kulis.az-a müsahibəsində Xudu Məmmədovun ölümündə Zərdüşt Əlizadəni təqsirləndirib. Millət vəkili bildirib ki, Zərdüşt Əlizadə Xudu Məmmədovu əsəbiləşdirərək ölümünə səbəb olub.

Qaynarinfo millət vəkilinin iddiasına Zərdüşt Əlizadənin münasibətini öyrənib. O, F.Ağamalının fikirlərinə ironiya ilə cavab verib:

"Fəzail Ağamalı özü xalq şahidi kimi iştirak edib, baxırdı. Polisdə ifadə də verib. Mən bıçaqla Xudu Məmmədovun başını kəsmişəm. Fəzail Ağamalı da buna birbaşa şahidlik edib. Amma məni azad etdilər. Çünki Nemət Pənahlı təqdim etdi ki, mən KQB agentiyəm”.

Qeyd edək ki, Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından olan Xudu Məmmədov Britaniya Kral Akademiyasının fəxri üzvü idi. 1967-ci ildə "Şərəf nişanı", 1986-cı ildə "Qırmızı Əmək Bayrağı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin "Fəxri fərmanı" və bir sıra medallarla təltif olunub. 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib. 1990-cı ildə Xudu Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məmməd Əmin Rəsulzadə mükafatına layiq görülüb.

# 2333 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edildi

17:10 4 may 2026
“Space” televiziyasına yeni direktor təyin edildi

“Space” televiziyasına yeni direktor təyin edildi

16:13 4 may 2026
Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

Bəstəkarlar İttifaqına yeni mətbuat katibi təyin olundu

15:54 4 may 2026
Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

Şəfa əvəzinə aqressiya...- Qarşılıqlı həkim - pasiyent münaqişələri bizə nə verəcək?

15:30 4 may 2026
Günəş Mehdizadənin əri vəfat etdi

Günəş Mehdizadənin əri vəfat etdi

15:10 4 may 2026
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verildi

15:02 4 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər