“Cəfər Cabbarlının ev muzeyi sökülüb yenidən tikilməlidir” – Açıqlama

“Cəfər Cabbarlının ev muzeyi sökülüb yenidən tikilməlidir” – <span style="color:red;">Açıqlama
1 mart 2019
# 16:14

“Cəfər Cabbarlının ev muzeyi yararsız vəziyyətdədir. Muzeyin yenidən bərpası mümkün deyil”.

Bu barədə ONA-ya muzeyin direktoru, görkəmli dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı məlumat verib.

Onun sözlərinə görə, ekspertlər tərəfindən muzeyin binasına baxış keçirilib, mütəxəssislərin gəldikləri qənaət bu olub ki, muzeyin binası sökülüb yenidən inşa edilməlidir: “Sadəcə, çalışacağıq ki, bina əvvəlki görkəmində qalsın, muzey Cəfər Cabbarlının adına layiq şəkildə fəaliyyət göstərsin. Binanın 90 yaşı var və 1982-ci ildən ev muzeyi kimi fəaliyyət göstərir. Mütəxəssislər bildirir ki, indiki vəziyyətdə bina təmir olunsa, bir-iki ilə yenidən yararsız hala düşə bilər”.

Direktor Cəfər Cabbarlının ev muzeyinin Mədəniyyət Nazirliyinin balansında olmadığını diqqətə çatdırıb: “Muzeyin binası Cabbarlı ailəsinin şəxsi mülküdür. Cabbarlılar ailəsi 1903-cü ildən bu binada yaşayıb. Muzey də bizim ailənin şəxsi təşəbbüsü ilə yaradılıb”.

Q.Seyfəddinqızı onu da vurğulayıb ki, mədəniyyət xadimlərinin ev muzeylərinin sökülüb yenidən tikilməsi ilk hal deyil: “Yaxşı olardı ki, Cəfər Cabbarlının ev muzeyi də sökülüb təzədən tikilsin. Amma məqsədimiz tikinti zamanı muzeyin indiki layihəsini saxlamaqdır”.

Muzeyin yerində bina tikilməsi fikrinə gəldikdə isə, direktor bildirib ki, bu fikir kimlərinsə uydurmasıdır.

# 4149 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər