“Hüseyn Cavid – 135” müsabiqəsinin qalibləri mükafatlandırılıb

<span style="color:red;">“Hüseyn Cavid – 135”  müsabiqəsinin qalibləri mükafatlandırılıb
2 fevral 2018
# 15:50

Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində dahi Azərbaycan şairi Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma mərasimi olub.

Kulis.azın verdiyi xəbərə görə, “Kaspi” təhsil şirkəti, “Kaspi” qəzeti və artkaspi.az portalının birgə təşkil etdiyi tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər və yazıçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O, Hüseyn Cavidin həyat və fəaliyyətindən danışıb.

Dahi dramaturqun həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxışında deyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır: “Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkurənin qovşağının bünövrəsində qurmalı idi”.

S.Vəliyeva bildirib ki, Cavidin bütün əsərlərində məfkurə hakimliyi var: “O nə yazıbsa, orada iki xətt var. Biri Tanrıya, biri də milli məfkurəyə bağlılıq”.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə görkəmli şairin məzarının Azərbaycana gətirilməsindən söz açan S.Vəliyeva qeyd edib ki, ulu öndər ailəni böyük məqbərə altına topladı: “Ümummilli lider Hüseyn Cavid ideologiyasını dəstəkləməklə bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir”.

Müsabiqə haqqında məlumat verən natiq vurğulayıb ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib. Qalibləri görkəmli söz adamlarında ibarət münsiflər heyəti müəyyənləşdirib.

Müsabiqənin münsiflər heyətinin üzvü, şair Sabir Rüstəmxanlı Cavidin Azərbaycana qayıdışını tarixi bayram adlandırıb.

Sonda müsabiqə qalibləri mükafatlandırılıb. Birinci yerə Əlizadə Nuri, ikinci yerə Yusif Mustafayev, üçüncü yerə Bəhruz Niftəliyev layiq görülüb. Müsabiqənin xüsusi mükafatları da sahiblərinə təqdim olunub.

Tədbirdə müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiya da oxuculara təqdim olunub.

# 1807 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda

Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda

17:57 4 avqust 2025
Kim ayırd edə bilər göz yaşının təyinatını? –  Xalq yazıçısı Elçinin dəfnində...

Kim ayırd edə bilər göz yaşının təyinatını? Xalq yazıçısı Elçinin dəfnində...

16:58 4 avqust 2025
Məşhur rəssamın nadir eskizi Puşkin İncəsənət Muzeyində sərgilənəcək

Məşhur rəssamın nadir eskizi Puşkin İncəsənət Muzeyində sərgilənəcək

16:46 4 avqust 2025
"Oasis"in konsertində ölüm hadisəsi

"Oasis"in konsertində ölüm hadisəsi

16:16 4 avqust 2025
Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Tanınmış gürcü kinorejissoru  vəfat etdi

Tanınmış gürcü kinorejissoru vəfat etdi

15:47 4 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər