[b]AYB-dən cavab gəldi: “Onun milləti bilinmir” – Rəsmi[/b]

[b]AYB-dən cavab gəldi: “Onun milləti bilinmir” – Rəsmi[/b]
5 aprel 2019
# 13:13

Musa Yaqubun səhhəti ilə bağlı gənc şairlərin qaldırdığı məsələyə AYB-dən reaksiya gəldi. Kulis.az təşkilatın mətbuat xidmətinin açıqlamasını təqdim edir.

Sosial şəbəkələrdə görkəmli şair Musa Yaqubun Yazıçılar Birliyinin sədri Anarla bağlı açıqlaması yayılıb. Musa Yaqub iddia edir ki, guya xəstəliyiylə bağlı Anardan kömək istəyib, o etməyib.

Mətbuat xidməti bəyan edir ki, Musa Yaqubun AYB sədrinə nə yazılı, nə şifahi heç bir müraciəti olmayıb. Təbii ki, Yazıçılar Birliyindən “icra başçısı desin, sonra kömək edək” kimi absurd sözlər də deyilməyib və deyilə də bilməzdi. İllərdir ki, Yazıçılar Birliyinə bəzilərinin münasibəti yalnız yalanlara, uydurmalara və böhtanlara əsaslanır.

Musa Yaqubun Yazıçılar Birliyinə münasibətindən asılı olmayaraq, birlik istedadlı şairə həmişə diqqət və qayğıyla yanaşmışdır. Onun Bakıda və yaşadığı rayonda keçirilən geniş yubiley tədbirlərində şəxsən iştirak edən Anar, Musanın dediyi kimi, kimdən və nədənsə qorxsaydı şairi ən çətin məqamlarda müdafiə etməz və yüksək adlara təqdim etməzdi.

Mətbuat xidməti Şəhriyar del Gerani adlı Azərbaycanda yaşamayan və milləti məlum olmayan birisinin “Anar nə şairi bilir, nə şeiri” adlı moltanı dilində bəyannaməsiylə Birlik sədrini tanış edəndə Anar müəllim “Kimdir bu adam, mən yəni hər yetənin cəfəng fikirlərinə cavab verməliyəm?” – dedi. Anar müəllimə xatırlatdıq ki, bu, onun İran həbsxanasından qurtardığı adamdır. “Əlbəttə”, – dedi, – “Vicdanı defisit olan yaxşılığın əvəzini elə məhz belə çıxmalıdır”, – dedi.

Biz isə, Ş.del Geraniyə məsləhət bilərdik ki, “şairi və şeiri bilməyən” Anarın Musa Yaqub, Ramiz Rövşən və Nizamidən bu günə onlarla şair haqqında böyük esseləriylə tanış olsun. Həbsxanaya salan əməllərdən və ədəbsiz bəyanatlardan başı açılanda…

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti

# 4554 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər