Antonio Banderas Pablo Pikasso rolunda – VİDEO

Antonio Banderas Pablo Pikasso rolunda – VİDEO
19 yanvar 2018
# 10:38

“National Geographic”ın çəkdiyi “Dahi” serialının ikinci seriyasından fraqment yayılıb. Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə ikinci seriya böyük ispan rəssamı Pablo Pikassonun həyatına həsr olunub.

Filmdə rəssamı Antonio Banderas canlandıracaq. Banderas Pablo Pikassonun həyat və yaradıcılığının ona hər zaman təsir etdiyini bildirib: “National Geographic” və “Dahi”nin heyəti ilə bir layihədə işləmək çox həyəcanvericidir. Dünyanın ən yenilikçi rəssamlarından biri olan və mənim doğulduğum Malaqa şəhərində doğulmuş Pikassoya hörmətim böyükdür”.

“Dahi” serialı ikinci sezonda Pablo Pikassonun sənət həyatını və keşməkeşli şəxsi həyatını işləyəcək. 91 illik həyatının böyük hissəsini Parisdə keçirən dahi rəssam Pikassonun həyatında önəmli yer tutan Koko Şanel, Henri Matiss, Mark Şaqal, Gertruda Stayn, Jan Kokto və başqa məşhur şəxsləri də serialda görəcəyik.

Xatırladaq ki, “Dahi”nin ilk seriyası Albert Enşteynə həsr olunub.

# 3830 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər