Müğənnilər deputata cavab verdi: “Getsin, kasıb-kusuba əl tutsun”

Müğənnilər deputata cavab verdi: “Getsin, kasıb-kusuba əl tutsun”
15 noyabr 2019
# 16:20

Milli Məcilisdə musiqiçilərin vergi məsələsi müzakirə olunduğu zaman millət vəkili Qüdrət Həsənquliyev müğənniləri baha qiymətə toylara gedib dövlətə az vergi ödəməkdə ittiham edib.

Kulis.az bu məsələ ilə bağlı tez-tez el şənliklərində iştirak edən sənətçilərin fikirlərini öyrənib.

Xalq artisti Səməd Səmədov deyir ki, artıq 40 ildir vaxtlı-vaxtında dövlətə vergi ödəyir:

“Mən hesab edirəm ki, dövlətlə müğənni arasında münasibətlər yaxşı olmalıdır. Yəqin siz də bilirsiniz ki, bu saat bütün şadlıq saraylarında kameralar quraşdırılıb. Müğənnilərin toylarının sayını gizlətməsi mümükün deyil. Əgər müğənni ayda bir neçə yerdə toy oxuyubsa, ona uyun da vergi ödəməlidir. 74 yaşım var, yenə də hara getsəm vergimi vaxtında ödəyirəm. Vergi ödəmək lazımdır, çünki bizim verdiyimiz vergilər şəhərin abadılaşdırılmasına, kimsəsiz uşaqlar evinə sərf olunur”.

Xalq artisti Gülyanaq Məmmədova toydan əldə etdiyi gəlirin onun məişət qayğılarına, gündəlik xərclərinə yetmədiyini deyir:

“Mən 4 uşaq anasıyam, əziyyət çəkirəm, əziyyətlə, zülümlə özümü birtəhər dolandırıram. Açığını deyim ki, qazancım mənə çatmır. Mən məcburiyyət qarşısında qalıb toylara üz tutmuşam. Toydan gələn gəlirin böyük bir hissəsini onsuz da sənətimə həsr edirəm. Mahnı alıram, mahnı yazdırıram, səhnə geyimlərimə xərcləyirəm. Ansambl saxlayıram. Mən görün, neçə evə çörək pulu verirəm. Bu mənim şəxsi yüklərimdi deyə heç vaxt xalqla bölüşmürəm. Nə olsun ki, müğənniyik, hamı kimi bizim də problemlərimiz var. Mən vergimi vaxtında ödəmişəm. Mənim yeganə dolanışıq yerim toylardır. Qazancımın yarısından vergi ödəmək mənə sərf etmir”.

Müğənni Emma Ələkbərzadə hesab edir ki, millət vəkili söylədiyi fikirdə ədalətli deyil:

“Həmin millət vəkilinə mənim adımdan deyin ki, 10 ildə bir dəfə toya gedən müğənnilərin vergi verməsinə ehtiyac yoxdur. Bunu müzakirə etməkdənsə, getsin, biz müğənnilər qədər kasıb-kusuba əl tutsun”.

Əməkdar artist Elza Seyidcahan hesab edir ki, müğənnilər dövlətə vergi borcunu mənəvi olaraq ödəyir:

“Əvvəla onu qeyd edim ki, vergi ödənilməsi vacibdir. Amma mənim düşüncəmə görə müğənnilər dövlətə vergini maddiyyatdan çox mənəvi olaraq artıqlaması ilə ödəyirlər. Bütün dövlət tədbirlərində canla-başla iştirak edirik”.

# 3761 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər