Dünyanın ən çox baxılan serialı 35 yaşında - Maraqlı faktlar

Dünyanın ən çox baxılan serialı 35 yaşında  - Maraqlı faktlar
30 iyul 2019
# 10:59

Bu gün bir vaxtlar dünyaca məşhur olan, çox ölkələrdə yayımlanması ilə tarixə düşən “Santa Barbara” serialının göstərilməsinin 35 ili tamam olur. 1984-cü ilin 30 iyulunda serialın ilk bölümü yayımlanmağa başlamışdı.

Kulis.az serial haqda maraqlı faktları təqdim edir:

“Santa Barbara nə az nə çox 2137 seriyaya kimi uzandı, davamlılığı ilə hesablasaq 66 gün 18 saat 45 dəqiqə çəkib Əlbəttə, bu rekord deyil, “Yol göstərən işıq” serialı 180 min seriya ilə rekorda imza atmışdı.

Serial yay olimpiadası ərəfəsində başlamışdı və o qədər də diqqət cəlb etməmişdi. Ilk bölümlərin reytinqi o qədər aşağı idi ki, onu bağlamaq istədilər. TV seriala bir şans daha verdi və ər arvad ssenari yazarları Cerom və Bricit Dobsonlar lazımsız xətləri yığışdırmaqla seriala yeni ruh verə bildilər.

Cütlük ssenari üzərində işləyərkən günə 100 çap maşını kağız sərf edirdi. Serialın gedişində onları konfliktlərdə günahlandırdılar. Hətta prodüserlər onları çəkiliş meydançasından qovdu da. Məhkəmələr keçirildi və ssenari yazan cütlüklər məhkəməni uddular.

Serial Santa Barbara şəhərində yaşayan varlı Kempvellər ailəsinin tarixçəsi üzərində qurulmuşdu. Daha sonra bura Lokrici, Perkins, Andrade, Bleyk, Kastilyo, Di Napoli, Uokerr ailələri də qoşuldu..

Serial o qədər uzanmışdı ki, səhvlərin sayı hesabı yox idi. Birini gah kiçik qardaş kimi, gah böyük qardaş kimi təqdim edirdilər. Biri qocalır o biri isə hələ də evlənməyə qız axtarırdı.

Hətta aktyorların özü belə serialda mütəmadı çəkilmirdilər. Məsələn tək Sisi rolunu canlandıran aktyor 6, Meyson 7, Kelli 2 dəfə dəyişmişdi. Meysonun uşaqlıq rolunu isə indilərin ən məşhur aktyorlarından biri, çoxlarının sevimlisi Leonardo Di Caprio canlandırmışdı.

Serialın son bölümü 1993-cü ilin 15 yanvarında efirə getdi. O qədər zəifləmişdi ki, artıq nə sevimli qəhrəmanların ölümü nə də başqa gözlənilməz süjet dəyişiklikləri xilas edə bilmədi.

Bizim tamaşaçılarsa seriala məhz bu ərəfələrdə baxmağa başlamışdı.. Bu, həm də bizim tamaşaçıların ilk uzun serial təcrübəsi idi. İqtisadi-sosial böhranın, müharibənin yaratdığı psixoloji düşkünlük “Santa Barbara”da “xaricdə başqa həyat” illüziyasını gücləndirir, yeni bir janra, yeni bir qavrayışa yer edirdi....

# 10606 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər