“Türkologiya” jurnalının ikinci sayında nələr var?

“Türkologiya” jurnalının ikinci sayında nələr var?
28 oktyabr 2016
# 15:10

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin beynəlxalq elmi jurnalı olan “Türkologiya” jurnalının ikinci sayı işıq üzü görüb.

Jurnalın “Türkoloji irs” bölməsində tanınmış dilçi, türkoloq, akademik Andrey Nikolaeviç Kononovun “V.V.Radlov və milli türkologiya” məqaləsi (rus dilində), “Dilçilik” bölməsində Berlin Azad Universitetinin türkologiya departamentinin professoru Elizabetta Raqaqninin “Azərbaycan dilində monqol alınma sözləri: areal baxış” (ingilis dilində), “Ədəbiyyat və folklor” bölməsində Nüşabə Araslının “Orta əsrlər türk şeirində Nizamidən iqtibaslar”, “Fəlsəfə və tarix” bölməsində fəlsəfə doktoru Qaliya Kurmanqaliyevanın (Qazaxıstan) “Əl-Fərabi fəlsəfəsi mədəniyyətlət dialoqunun fenomeni kimi” məqaləsi (rus dilində), “Yazılı abidələr” bölməsində filologiya elmləri namizədi Oleq Rüstəmovun (Türkiyə) “XVII-XVIII əsrlərə aid şəriət məhkəmələrinin məhkəmə reyestrinin materiallarında Krım xanlığı əhalisinin zümrə titullarının, rütbələrinin eyniləşdirilməsində linqvistik elementlər” (rus dilində), “Türkoloji qurultay-90” bölməsində professor Buludxan Xəlilovun “Birinci Türkoloji Qurultayın iştirakçıları: qırğız türkoloqu Qasım Tınıstanov” məqaləsi, “Henrix Fridrix Fon Dits və Kitabi-Dədə Qorqud-200” bölməsində professor Osman Fikri Sərtqayanın (Türkiyə) “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsində latınca, ərəbcə, farsca, türkcə mətndənkənar qeydlər” məqaləsi (türk dilində), “Türkoloji mərkəzlər” bölməsində professor Əhməd Bican Ercilasunun (Türkiyə) “Sibir və Qafqazda türkoloji araşdırmalar” məqaləsi (türk dilində), “Rezenziyalar” bölməsində tarix elmləri doktoru Aleksandr Nesterovun (Rusiya) “E. Çingizoğlu, M.Qacar, Qacar dövrünün (1794-1925) diplomatları”, Elçin İbrahimovun “Çengiz Ayyılmaz. Qobustanın sirri. (Qıpçaklara gedən yol)” məqaləsi (türk dilində) dərc edilib.

Jurnalın “Personalia” bölməsində Abdulla Tukay, Ninel Hacıyeva, Oljas Süleymanov, Əbülfəz Rəcəbli, Məsud Mahmudov haqqında yazılar işıq üzü görüb.

“Türkologiya” jurnalı 1970-ci ildən nəşr olunur.

Hazırda jurnal ildə 4 dəfə işıq üzü görür.

Jurnalın hazırkı baş redaktoru akademik Kamal Abdulladır.

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər