Ukraynalı yazıçı Puşkini plagiatda ittiham edib

Ukraynalı yazıçı Puşkini plagiatda ittiham edib
29 yanvar 2018
# 14:57

Ukrayna yazıçısı Yuriy Vinniçuk rus ədəbiyyatının klassikləri Mixail Bulqakov və Aleksandr Puşkini plagiatda ittiham edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Vinniçuk bu barədə bloqunda yazıb.

Onun fikrincə, dünya ədəbiyyatından az-çox başı çıxan adam “Master və Marqarita”nın ikinci əl roman olduğunu başa düşər:

“Bir fransız Bulqakova niyə heyranlıq duymalıdır, bir halda ki, müəllif süjet və obrazlarını Pyer Mak-Orlanın 1927-ci ildə Moskvada nəşr olunmuş “Gecə Marqaritası” romanından götürüb? Bu əsərdə əsas qəhrəmanlar şeytana ruhunu satan və bunun müqabilində gəncləşən professor Georq Faust və Marqaritadır. Fransızın yadına Aleksandr Dümanın “Jezef Balzamo”su da düşə bilər”.- deyə o, öz bloqunda yazıb.

“Bulqakovu oxuyan amerikalı isə o dəqiqə Mark Tvenin “Sirli yad adamını xatırlayacaq, xüsusən bal səhnəsini və ümumi fəlsəfi ideyaları. Alman yazıçısı Qustav Mayrinkin “qərb pəncərəsindəki mələk” romanının remiksini də görə bilər, daha uzağa getsək, macar ədəbiyyatının klassiki Mor Yokainin “Avantürist Hüqo fon Xabenixtin macəraları” ilə üst-üstə düşməsindən təəccüblənəcək.” –deyə yazıçı əlavə edib.

Onun sözlərinə görə, fransızlar Aleksandr Puşkini “qəbul etmir”, onu “fransız poeziyasının epiqonu” hesab edirlər. “Puşkinin klassik şeirlərinin çoxu, o cümlədən “Tatyananın məktubu” fransız ədəbiyyatından təqlidlərdir” –Vinniçuk yazır.

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

15:10 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Azərbaycan karikatura sənətinin banisi kimdir?

Azərbaycan karikatura sənətinin banisi kimdir?

13:20 7 may 2026
İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

12:51 7 may 2026
Məşhur rok qrupunun üzvü vəfat etdi

Məşhur rok qrupunun üzvü vəfat etdi

12:30 7 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər