“Nar bağı”nın Minsk uğuru

“Nar bağı”nın Minsk uğuru
13 noyabr 2017
# 16:24

“Nar bağı” yalnız poetik kino deyil, həm də sosial kinodur. Qafqaz mədəniyyətində qazanc gətirən kişi obrazı möhkəm və müsbətdir, bu obraz möhkəm divarlarla əhatələnib. Bu filmdə isə əksini görürük. Həmçinin film Çexova gözəl paralelləri ilə yadda qalır” – bunu Minsk Beynəlxalq Kino festivalının bədii filmlər proqramının dierktoru İqor Sukmanov İlqar Nəcəfin festivalda iştirak edən “Nar bağı” filmi haqqında deyib.

Xatırladaq ki, “Nar bağı “ filminiin ssenari müəllifləri İlqar Nəcəf , Asif Rüstəmov və Jan Roelof Minnebo Belorusiya paytaxtı Minskdə keçirilən 24-cü Listapad Beynəlxalq Kino Festivalında “Ən yaxşı ssenari” mükafatının qalibi olublar. Bundan başqa baş rolun ifaçısı Qurban İsmaylov əsas jürinin diplomuna layiq görülüb.

Filmi Minskdə təmsil edən Əli İsa Cabbarovun sözlərinə görə filmin nümayişi anşlaq və alqışlarla keçib. Film tamaşaçı reytinq cədvəlində də bütün festival boyu ilk beşlikdə olub: “Minskdəki tamaşaçılarla görüş göstərdi ki, “Nar bağı” ekspertlərin bəyənəcəyi festival filmi olmaqla yanaşı, həm də dinindən və dilindən asılı olmayaraq həssas tamaşaçların ürəyinə yol tapa bilən təsirli bir filmdir. Nümayişdən sonra tamaşaçıların reaksiyasını görəndə buna bir daha əmin oldum.”

Festival tamaşaçıları Azərbaycandakı nar bağları haqqında yaradıcı heyətə suallar veriblər: “Biz onlara narın mistik aurası olduğunu söylədik. Filmdə nar nəinki simvol kimi göstərilir, həmçinin vizual olaraq da maraqlıdır”.

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər