Naxçıvanda “İslam filmləri həftəsi” olacaq

Naxçıvanda “İslam filmləri həftəsi” olacaq
8 iyun 2018
# 12:24

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında bildirib.

Ali Məclis sədri deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi üçün ölkələri və filmləri müəyyənləşdirməli, bu ilin sentyabr ayında İslam dinini olduğu kimi təqdim edən filmlərdən ibarət “İslam filmləri həftəsi” keçirilməlidir.

Tədbirlər Planına əsasən, 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyun ayının 20-dək “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir.

V. Talıbov Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, açılış tədbirinin ölkə və dünya mətbuatında geniş işıqlandırılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcək.

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər