Firəngiz Hüseynovanın fərdi sərgisi açılıb

Firəngiz Hüseynovanın fərdi sərgisi açılıb
7 fevral 2018
# 10:06

Fevralın 6-da Muzey Mərkəzində rəssam Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Firəngiz Hüseynovanın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Bildirib ki, rəssamın əsərlərində qırmızı rəng çalarları aparıcı rol oynayır. Onun bır sıra natürmortlarında isə narın üstünlüyü özünü aşkar göstərir. Ümumiyyətlə, natürmortlar Firəngiz Hüseynovanın yaradıcılığında xüsusi yer tutur. Rəssamın çoxşaxəli yaradıcı maraqlarının cəlbedici və parlaq istiqamətlərindən biri orta əsr Azərbaycan miniatür sənətidir. O, əlyazmalar üçün məşhur illüstrasiyalar əsasında qarışıq texnika vasitəsilə əsərlər yaradır.

Mədəniyyət və Turizm Nazirliyinin dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov və başqaları sərginin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, sərgi əsasən tablolardan ibarət olsa da, burada ipək üzərində naxış işləmələri və qrafika da yer alıb. Bu, Firəngiz Hüseynovanın ikinci fərdi sərgisidir. Rəssam xarici ölkələrdə keçirilmiş bir sıra müştərək sərgilərin də iştirakçısı olub. Onun əsərləri Almaniya, Rusiya, ABŞ, İsrail, Çin, İspaniya və digər ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.

Diqqətə çatdırılıb ki, ixtisası həkim olan, məşhur akademik Çazovun tələbəsi Firəngiz Hüseynova əsrin dörddəbirini Respublika Diaqnostika Mərkəzi və Ailə Sağlamlıq Mərkəzində kardiodiaqnostika sahəsində çalışıb. “Hər bir insanın ürəyi fərdi, təkrarolunmaz, unikaldır”, - deyən Firəngiz Hüseynovanın yaradıcılığı da elə bu prinsipə söykənir.

Rəssamın yaradıcılığında, həmçinin qadın, gənc xanım və qız obrazları cəmlənib. Bu silsiləyə “Arzu”, “Səhranın atlısı”, “Gecə”, “Məktub”, “Aynanın qarşısında”, “Ana və uşaq”, “Gələcək balerina”, “Oyuncaqlı qız”, “Əkizlər” tabloları aiddir.

Tədbirdə Firəngiz Hüseynova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Fevralın 11-dək davam edəcək sərgidə fırça ustasının müxtəlif janrlarda 100-dək əsəri nümayiş olunur.

Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

# 1784 dəfə oxunub

Oxşar xəbərlər

“Vəhşi təbiətin super qəhrəmanları”  sərgisi açıldı

“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açıldı

11:40 5 fevral 2026
Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

11:30 5 fevral 2026
“Biblioqrafiyaşünas alim Nadir İsmayılov”  adlı sərgi hazırlandı

“Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi hazırlandı

11:20 5 fevral 2026
"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

10:47 5 fevral 2026
"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

10:25 5 fevral 2026
“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalı başlayır

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

10:23 5 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər