Nazir: "Bəzi insanlar dövlət əleyhinə tədbirlərdə iştirak ediblər"

Nazir: "Bəzi insanlar dövlət əleyhinə tədbirlərdə iştirak ediblər"
17 oktyabr 2017
# 17:06

Muzey Mərkəzində Azərbaycan prezidentinin sərəncamı ilə bir qrup sənətçiyə fəxri adların verilməsi ilə bağlı mərasim keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan dövləti mədəniyyət və incəsənət xadimlərinin fəaliyyətini hər zaman diqqət mərkəzində saxlayıb, onların əməyini yüksək qiymətləndirib: "Bu gün mükafatlandırılan insanlar arasında rayonlarda çalışan fədakar əməkdaşlar, klub-muzey işçiləri də var. Öz işinə böyük sevgi və hörmətlə yanaşan, zəngin mədəniyyətimizə böyük xidmət göstərən əməkdaşlar hər zaman fəxri adlarla təltif olunublar. Artıq Azərbaycan mədəniyyəti dünyada tanınır və sevilir. Mədəniyyət və incəsənətin inkişafında əsas rolu insanlar oynayır və dövlət onlara hər zaman qayğı göstərir. Təəssüf ki, bəzən bunun dəyərini bilmirik. Əgər bizim əməyimizi dövlət qiymətləndirirsə biz də bunu qiymətləndirməliyik. Əfsus ki, mükafat alan bəzi insanlar dövlət əleyhinə tədbirlərdə iştirak ediblər. Bunun heç bir əsası yoxdur".

Sonda mükafatlar təqdim olunub.

# 2076 dəfə oxunub

Oxşar xəbərlər

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

14:36 6 noyabr 2026
“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər