Kamil Cəlilovun 80 illiyi qeyd ediləcək

Kamil Cəlilovun 80 illiyi qeyd ediləcək
27 fevral 2018
# 15:48

Martın 1-də Beynəlxalq Muğam Mərkəzində qocaman qoboy ifaçısı, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Kulis.aza verilən məlumata görə tədbirdə sənətkarın ömür yolundan, Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışılacaq və repertuarında olan musiqilər səsləndiriləcək.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Bakıda dünyaya göz açan Kamil Cəlilov Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qoboy ifaçısıdır. Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqi incilərini dərindən öyrənmiş və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirmişdir.

İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq Artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olmuşdur. Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Çexoslovakiyada, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər ölkələrində məharətlə təqdim etməklə musiqimizin təbliğində böyük xidmətlər göstərib.

Uzun illər ərzində İncəsənət Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olan Kamil Cəlilov milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib.

Kamil Cəlilov 1989-cu ildə milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsüdür. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, bu yaxınlarda isə 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.

# 2332 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər