Məşhur bioloqun əsəri Azərbaycan dilində

Məşhur bioloqun əsəri Azərbaycan dilində
6 sentyabr 2017
# 10:31

Edvard Vilsonun “Gənc alimə məktublar” kitabı Azərbaycan dilində çapdan çıxıb. Kulis.Azın verdiyi məlumata görə, kitabda alimin “Gənc alimə məktublar” əsəri ilə yanaşı “Mənəviyyatın bioloji əsasları” adlı geniş məqaləsi də yer alıb.

Əsər dilimizə Elmir Misirzadənin təşəbbüsü və Yalçın İslamzadənin məsləhəti ilə tərcümə edilərək nəşr edilib. Kitab həm də “Misirzadə Yayınları”nın ilk nəşridir. Elmir Misirzadənin məlumatına görə “Gənc alimə məktublar” əsərini Aybəniz Həsənova, “Mənəviyyatın bioloji əsasları” məqaləsini isə Aygün Qurbanlı tərcümə edib. Redaktoru Səbuhi Şahmursoy, elmi redaktoru isə Orxan Əmrullayevdir. Kitabın ərsəyə gəlməsində “Kitabsevərlər” qrupunun da texniki və mənəvi dəstəyi var.

Amerikalı bioloq bu kitabında gənc araşdırmaçılara kariyera sahəsi tapmaq, yol seçmək və elmi nəzəriyyələri həqiqi dünyaya tətbiq etmək kimi mövzularda tövsiyyələr edir. Müəllif gənc araşdırmaçı və alimlərə özlərini və kəşflərini necə təkmilləşdirəcəkləri barədə yol göstərməklə bərabər onların elmdə müvəffəq olmalarının da vacibliyini çox sadə dillə izah edir. Beləliklə, gənc alimlərə bir sıra praktik nəsihətlərlə yanaşı fəlsəfi baxış bucağı da təqdim etmiş olur.

“Gənc alimə məktublar” kitabının təqdimatı sentyabrın 10-da saat 15-00-dan 17-00-dək “BookZone” Kitab Evində baş tutacaq.

Xatırladaq ki, kitabın qiyməti 9 AZN olsa da, yalnız təqdimat günü tələbə və şagirdlərə 8 AZN-ə satılacaq.

# 1688 dəfə oxunub

Oxşar xəbərlər

Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

17:00 15 noyabr 2025
Əməkdar artist Akif Mirabov vəfat edib

Əməkdar artist Akif Mirabov vəfat edib

14:29 15 noyabr 2025
Yaşar Nurinin qızı vəfat edib

Yaşar Nurinin qızı vəfat edib

14:06 15 noyabr 2025
"Sadəcə sənin adın var könlümdə..." - Günün mahnısı

"Sadəcə sənin adın var könlümdə..." - Günün mahnısı

13:30 15 noyabr 2025
Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə xoşbəxtliyini hansı şəhərdə tapmışdı?

Nəsrimizdəki silinməz imza - Salam Qədirzadə xoşbəxtliyini hansı şəhərdə tapmışdı?

12:00 15 noyabr 2025
Daşkənddə "Tağıyev: Neft" bədii filminin nümayişi keçirilib

Daşkənddə "Tağıyev: Neft" bədii filminin nümayişi keçirilib

11:00 15 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər