Gərginliyi atmanız üçün rəqs tədbiri

Gərginliyi atmanız üçün rəqs tədbiri
13 iyul 2019
# 12:07

İyulun 15-də “Artım” layihə məkanında “Ekstatik rəqs” adlı tədbir keçiriləcək.

“YARAT”dan bildirilib ki, əsas məqsəd yığılmış gərginliyi və stresi aradan qaldırmaq və daxili insan resurslarını ortaya çıxarmaqdır. Bu təcrübədən keçməyə, layihənin müəllifi Səid İsmayılovun rəhbərlik etdiyi peşəkar təlimçilər iştirakçılara köməklik göstərəcək.

Bu təcrübəni azad, ani yaranmış rəqs kimi də adlandırırlar. Hər yaşda və hər hansı bir rəqs bacarığı olan bu təcrübədən keçə bilər. Təcrübə, hər şeyin dalğa və ritmik bir şəkildə hərəkət edən enerjilərdən ibarət olduğunu vurğulayan fəlsəfi məqamlara əsaslanır. Məqsəd, zehni sülhə gətirməkdir və beləliklə bədən ruhun istəyinə uyğun hərəkət etməyə çalışır. Bədən hərəkətinə və nəfəs almaq prosesinə diqqət yetirən insan tez zamanda meditativ duruma çatır və onun bütövlüyünü, dünya ilə əlaqəsini hiss edə bilir. “Rəqs etməyin, rəqsin özü olun” – bu praktikanın əsas ideyasıdır. /azertag.az/

# 4031 dəfə oxunub

Oxşar xəbərlər

Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər