“Mən yoxam” təqidm olundu

“Mən yoxam” təqidm olundu
9 aprel 2018
# 08:29

Ötən şənbə günü Atatürk Mərkəzində tanınmış şair, yazıçı Qurban Yaquboğlunun "Mən yoxam" kitabının təqdimat mərasimi və imza günü keçirlib.

Kulis.az xəbər verir ki, tədbiri giriş söz ilə jurnalist Azər Qaraçənli açaraq ilk sözü bu il 50 yaşı tamam olan Qurban Yaquboğluna verib.

Daha sonra müəllifin həmyerlisi, onun şeirlərini ilk dəfə rayon qəzetində çap edən şair-yazıçı Zahid Sarıtorpq danışıb.

Q.Yaquboğlunun orta məktəb müəllimi olmuş Alxan Bayramov o illəri xatırlayıb.

Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa, APA holdingin prezidenti Vüsalə Mahirqızı, "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camal, diktor Rafiq Haşımov, ilahiyyatçı Nəriman Qasımoğlu, tənqidçi İradə Musayeva, kitabın naşiri "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu çıxış edərək müəllif və onun yaradıcılığı ilə bağlı maraqlı faktlar söyləyib, xatirələr danışıblar.

Eyni adlı romanın və esselərin toplandığı kitabın redaktoru Fəxri Uğurlu və kitabın nəşrdən əvvəl ilk oxuculardan olan yazıçı Şərif Ağayarsa konkret olaraq əsər barədə fikir və mülahizələrini bölüşüb, kitabın ədəbiyyatımızdakı yerindən, onun bədii-estetik dəyərindən söz açıblar.

Tədbirdə yazıçılar, müxtəlif sənət adamları, müəllifin yaxınları və dostları, eyni zamanda media işçiləri iştirak ediblər.

Qeyd: Kulis.az yaxın günlərdə oxucu marağını nəzərə alıb “Mən yoxam” romanından bir hissəsni yayımlayacaqdır.

# 2508 dəfə oxunub

Oxşar xəbərlər

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər