Niyə bədii əsər oxumamalıyıq?

Niyə bədii əsər oxumamalıyıq?
14 avqust 2019
# 20:35

Bir neçə gün əvvəl şəhərdən evə qayıdanda mənə əziz olan bir insanla kitablar, daha doğrusu, bədii ədəbiyyat barədə söhbət etdik. Əsasən mənim sırf müəllif təxəyyülünün məhsulu olan və konkret şəkildə insana bir şey öyrətməyən kitabları, yəni bədii kitabları oxumamağımdan danışırdıq.

Mütaliəni sevirəm. Ancaq reallıqdan kənar, heç bir problemi əks etdirməyən və tamamən yazıçı təxəyyülünün məhsulu olan kitabları oxuya bilmirəm. Niyə? Səbəbi heç özümə də məlum deyil. Bu cür kitabları yazanlara və oxuyanlara hörmətimi saxlayıram. Yəni məqsədim kitabı pisləmək deyil.

İnsan gərək hər oxuduğu kitabdan gerçəkliyə uyğun bir şey öyrənsin. Amma bu gün, XXI əsrdə oxucuların bəziləri sırf söz ehtiyatını zənginləşdirmək üçün əsasən bədii ədəbiyyata üstünlük verirlər. Buna görə də realist, insanı gerçəkdən düşünməyə vadar edən ciddi əsərlər demək olar ki gün üzünə çıxmır. Kitab evlərini gəzmək bir qırağa, internetdən axtaranda belə ən yaxşı halda insanlara uğur qazanmağın yollarını öyrədən söz yığınından ibarət kitablar rastımıza çıxır.

Kitab evlərinin "Ən çox satılanlar" bölümü beyinlərdəki inkişafı bariz şəkildə göstərir. İxtiyari kitab evində “Ən çox satılanlar” bölümündəki əsərlərə baxaraq oxucuların hansı səviyyədə olduğunu anlamaq mümkün.

Toplumun əsl problemini ifadə edən Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir yaradıcılığı bu gün öz yerini söz yığınından ibarət romantik əsərlərə buraxmamalı idi. Niyə oxuyurlar demirəm, zövqlər müxtəlifdir. Sadəcə olaraq, düşüncə tərzimizə doğru yön verəcək, Avropa dəyərlərinə yaxınlaşdıracaq əsərlər yazmaq və ya oxumaq lazım deyilmi? Lazımdırsa, bəs niyə yazılmır?


Yazıçıları da anlayıram. Bu dəqiqə ciddi oxucu kütləsi azdı. Çoxları sosial şəbəkələrdəki eşq-məhəbbət yazıları ilə məşhurlaşıb kitab yazmaq eşqinə düşən yerli və xarici yazarları üstün tutur. Əsl yazıçı da belə şeyləri görüb, lazımlı mövzulardan qaçır, reallıqdan uzaqlaşmağa başlayır.

Düşüncə təkamülü prosesində dayandığımız yerə baxsaq bu dəqiqə bizə real, düşüncədə inqilab yarada biləcək əsərlər lazım olduğunu görə bilərik.

Mənim fikrimcə, ömür boyu hansısa yazıçının xəyal məhsulunu oxuyaraq ciddi bir şeyə nail olmaq mümkün deyil. Elə olsaydı, indiyə 22 ildir qurduğumuz xəyalın meyvəsini yemiş olardıq...

Tural Rüstəmli

# 3274 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər