Xalq artistlərindən etiraz: "Akademik statusu olan teatrların aktyorları..."

 Xalq artistlərindən etiraz:  "Akademik statusu olan teatrların aktyorları..."
4 sentyabr 2023
# 12:49

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev işlədiyi teatrın "Akademik" status almamasına münasibət bildirib.

Kulis.az xəbər verir ki, aktyor bu barədə feysbuk hesabında yazıb.

“Keçən mövsüm Mehriban xanım Ələkbərzadənin bizim teatrda hazırladığı "V.X.A" tamaşasının məşqləri fasiləsiz, naharsız 8, bəzən də 10 saata yaxın davam edirdi. Düzdür, nəticə çox uğurlu və ürəkaçan oldu.Və tamaşaçılar dörd saatdan artıq davam edən tamasanı çox rahat və sevərək qarşıladılar. Bu öz yerində. Məni bir məsələ düşundürür. Çox çətin və gərgin iş rejimində işləyən və uğurlar qazanan bu teatrın hələ də heç bir statüsü yoxdur? Məsələn, Milli, Akademik v.s. Görəsən axı, nəyə görə yoxdur?”

Onun fikirlərinə həmkarı, Xalq artisti Naibə Allahverdiyeva münasibət bildirib.

“Gənc Tamaşaçılar Teatrının tamaşalarının 90% -i Akademik səviyyədə olan tamaşalardır. Hətta, elə olub ki, başqa teatrların rejissorları bizim tamaşalardan bəhrələniblər, o üslubda öz teatrlarında tamaşa qoyublar. Gənc Tamaşaçılar Teatrı çoxdan Akademik statusa layiqdir və bu həm maddi, həm mənəvi cəhətdən aktyorlarımıza dəstəkdir. Çünki Akademik statusu olan teatrın aktyorları bizim aktyorlardan qat-qat artıq maaş alırlar. Sağlıqlarına qismət. Sözün açığı, teatrımızın heç bir statusa malik olmaması məni incidir”,- deyə o bildirib.

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər