Xalq artisti Mərziyyə Davudovanın anım günüdür

Xalq artisti Mərziyyə Davudovanın anım günüdür
6 yanvar 2024
# 14:00

Bu gün Xalq artisti, böyük aktrisa Mərziyyə Davudovanın anım günüdür.

Kulis.az-ın məlumatına görə, Mərziyə Yusif qızı Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. Kəndlərindəki dördillik "Darültəhsil", daha sonra isə "İqbal" rus-tatar məktəbində oxuyur. Bu dövrlərdə teatr fəaliyyətinə başlayır, burada həvəskarların hazırladıqları tamaşalarda oynayır.

İlk dəfə səhnəyə “Birinci teatr” adlı tamaşada Ərəfə rolunu oynayır. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənir və onu Bakıya dəvət edir. Həmin ərəfədə on altı yaşlı Mərziyyə anasını itirir. 1919-cu ildə isə Bakıya gəlib Birləşmiş Dövlət Teatrosu nəzdindəki kollektivə aktrisa qəbul edilir.

Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram teatrının ən aparıcı aktrisalarından birinə çevrilir. “Sevil” pyesində Sevil rolunu o qədər təbii ifa edir ki, tamaşaya baxmağa gələn qadınlar zaldaca çarşablarını çıxarıb atırlar.

Aktrisa 1936-cı ildə Xalq artisti adını alır. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləyir. Azərbaycan SSR Ali Sovetinin deputatı olur.

1937-ci ilin repressiyası aktrisanın taleyindən yan keçmir. 1937-ci ildə həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. Əmr isə noyabrın 16-da yerinə yetirilir.

Ancaq 1955-ci ilə qədər Mərziyyə xanım və qızı, aktrisa Firəngiz Şərifova onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də Firəngiz xanım Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər.

Mərziyyə Davudova uzun zaman istintaq üçün hüquq orqanlara çağırılır. Deyilənə görə, əri repressiya olunandan sonra Mərziyyə Davudova balaca boxça yığıb, evin bir küncündə saxlayırmış ki, indi gəlib onu da aparacaqlar, güllələyəcəklər. O illərin xofu ömrünün sonuna kimi Mərziyyə xanımın qəlbində yaşayır.

Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində uzun sürən xərçəng xəstəliyindən vəfat edir.

# 1923 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər