Xalq artisti Hacı İsmayılovla görüş keçirildi

Xalq artisti Hacı İsmayılovla görüş keçirildi
1 fevral 2025
# 14:39

Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə gənclərin Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib.

Kulis.az xəbər verir ki, “Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açıb, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışıb.

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov Azərbaycan gəncliyinin bugünkü uğurlarını qeyd edərək, Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğulayıb. Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırıb.

Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.

Teatr Xadimləri İttifaqının sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışaraq gənclərə dəyərli tövsiyələr veriblər.

# 1980 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər